Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təbəssüm
Təbəssüm — üz, dodaq, göz əzələlərinin ifadəli hərəkətidir, gülməyə meyllidir və ya həzzalma, salamlama, sevinc, xoş niyyət və ya istehza, ifadə edir.
"Təbəssüm" ordeni
Təbəssüm Ordeni (pol. Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden. Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir. Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir. Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var. Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb.
Təbəssüm (1987)
Film Bakı şəhəri Nizami bölgəsindəki 59 saylı nümunəvi-"Təbəssüm" uşaq bağçası haqqında söhbət açır. Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Miri Rzayev Ssenari müəllifi: S.Həsənova, Miri Rzayev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Maarif Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Təbəssüm Ordeni

Arxaik təbəssüm
Arxaik təbəssüm — Arxaik Yunanıstanda xüsusilə e.ə. VI əsrin ikinci rübündə heykəltəraşlar tərəfindən istifadə edilmiş heykəltəraşlıq detalı. Bu, ehtimal olunur ki, heykəllərin mövzusunun canlı olduğunu və rifah hissi ilə aşılandığını çatdırmaq üçün icra edilmişdir. Arxaik təbəssümün ən məşhur nümunələrindən biri Kryoz Kuros, digəri isə Peplos Koradır. Qədim Yunanıstanın Arxaika dövrünün ortalarında (təqribən e.ə. 800–480-ci illər) populyar sənətdə arxaik təbəssümə malik insanların təsvirləri müşahidə olunurdu. Bunu bütün materik Yunanıstanında, Kiçik Asiyada və Egey dənizində yerləşən adalarda aparılan qazıntılarda tapılan heykəllər sübut edir. Konvensiyanın əhəmiyyəti məlum deyil, baxmayaraq ki, adətən yunanlar üçün belə bir təbəssüm ideal sağlamlıq və rifah vəziyyətini əks etdirirdi. Həmçinin, belə bir fikir də irəli sürülmüşdür ki, bu, sadəcə olaraq, arxaik heykəltəraşlıq üçün xarakterik olan bir qədər bloka bənzər başın ağzının əyri formasını uyğunlaşdırmaqda yaranan texniki çətinliyin nəticəsidir. Riçard Nir Yunanıstanın bir çox şəhərinin aristokratlarını "gülümsəmişlər" adlandırdıqları üçün arxaik təbəssümün həqiqətən statusun göstəricisi ola biləcəyini nəzəriyyə etmişdir.
Beynəlxalq Təbəssüm Günü
Beynəlxalq Təbəssüm Günü - Hər il oktyabrın birinci cümə günü qeyd olunur. Dünya hər il oktyabrın ilk cümə günündə bu günü qeyd edir. Özünü Xoşbəxtlik və Ümumdünya Təbəssüm Korporasiyasının beynəlxalq səfiri təyin edən, 2001-ci ildə həyatdan köçən Amerikalı rəssam Xarvi Boll hər il oktyabrın birinci cümə gününün təbəssüm günü kimi qeyd olunmasını istəyib. Beynəlxalq Təbəssüm Günüdə “Xeyirxah iş gör!” “Kiməsə gülməyə kömək et!” əsas şüarlardır. Qeyd edək ki, xeyirxahlıqla məşğul olmaq məqsədilə Xarvi Boll adına qeyri-kommersiya fondu da fəaliyyət göstərir.
Təbəssüm (film, 1987)
Film Bakı şəhəri Nizami bölgəsindəki 59 saylı nümunəvi-"Təbəssüm" uşaq bağçası haqqında söhbət açır. Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Miri Rzayev Ssenari müəllifi: S.Həsənova, Miri Rzayev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Maarif Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Təbəssüm (film, 1992)
İnsan öz pis əməlləri ilə bütün dünyanı məhv etməyə qadirdir. Lakin sağlam düşüncəyə, təmiz və pak mənəviyyata malik insanlar hər cür fəlakətin baş verməsinin qarşısını ala bilərlər. Film insanları iftiralara, boş və mənasız çağırışlara uymamağa, ayıq olmağa çağırır. Film amerikan yazıçısı Rey Bredberinin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. Film Şahirə Kərimovanın quruluşçu rejissor kimi kinoda ilk işidir. Əsərin müəllifi: Rey Bredberi Ssenari müəllifi: Nərminə Quliyeva Quruluşçu rejissor: Şahirə Kərimova Quruluşçu operator: Yuri Varnovski Bədii rəhbər: Eldar Quliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Redaktor: Eldəniz Quliyev Rejissor: Əliheydər Şahbazov Səs operatoru: Teymur Abdullayev Montaj edən: Reyhan Mustafayeva Filmin direktoru: Azər Əkbərov Mikayıl Mirzə — sərsəm Samir Məlikov — oğlan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Ümumdünya Təbəssüm Günü
Ümumdünya Təbəssüm Günü (ing. World Smile Day) — hər il oktyabr ayının ilk cümə günü qeyd olunan bayram. Hər il oktyabr ayının ilk cümə günü Dünya Təbəssüm Günü (World Smile Day) qeyd olunur. Bu gün rəssam Harvi Bollun sayəsində yaranıb. XX əsrin ortalarında o Amerikada yaşayıb. Onun yaradıcılığı mükafatlandırılmırdı: tənqidçilər onunla maraqlanmır, əsərləri çətin ki, ölməzlik qazanardı. Amma necə oldusa "State Mutual Life Assurance Company of America" sığorta şirkətinin nümayəndələri vizitka üçün parlaq və yaddaşlara həkk olacaq simvol fikirləşməyi ona həvalə etdilər. Harvi bu haqda çox düşünmədi, indiki zamanda internet istifadəçilərinin "smaylik" adlandırdığı - gülümsəyən sarı simanı çəkib sifarişçilərə təqdim etdi. Bu 1963-cü ildə baş verib. Sifarişçilər bu işi qəbul etdilər, Bolla 50$ ödədilər.
Təvəssül duası
Təvəssül duası — Təvəssül bir neçə duanın adıdır. Amma bir dua bu adla daha məşhurdur. Bu Biharul-Ənvarda nəql olunan "Təvəssül"dür. Əllamə Məclisi bu dua haqqında buyurur: "Bu duanı səhabələrimizdən birinin müəllifi olduğu köhnə nüsxələrdən birində tapdım. O kitabda bu dua haqqında belə yazılmışdır: "Bu duanı Muhəmməd bin Babeveyh imamlardan nəql etmişdir. Mən bu duanı hər nə üçün oxudumsa elə həmin an duam müstəcəb oldu". "Təvəssül" duası bir neçə duanı bildirir: 1. Məşhur təvəssül duası "اللَّهُمَّ إِنِّی أَسْأَلُک وَ أَتَوَجَّهُ إِلَیک بِنَبِیک نَبِی الرَّحْمَةِ…"cümləsi ilə başlayan 2. Kəfəminin "Bələdul-əmin" kitabında Fərəc duası adı altında bir dua nəql olunmuşdur və onun içində Təvəssül duası da zikr olunmuşdur. 3.
Aktrisanın təbəssümü (film, 1974)
Aktrisanın təbəssümü filmi rejissor Rauf Kazımovski tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Bioqrafik film aktrisa Nəsibə Zeynalovaya həsr olunub. Filmdə əsas rolları Nəsibə Zeynalova, Lütfəli Abdullayev, İmamverdi Bağırov, Nəcibə Behbudova, Mobil Əhmədov, Əzizağa Qasımov, Məmmədsadıq Nuriyev, Ofeliya Aslan, Səyavuş Aslan və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Film görkəmli sənətkar, respublikanın xalq artisti Nəsibə Zeynalovaya, onun zəngin yaradıcılıq yoluna həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Rauf Kazımovski Rejissor: Rauf Kazımovski Operator: Eduard Bədəlov Rəssam: Qurban Məlikov === Rollarda === Nəsibə Zeynalova — özü Lütfəli Abdullayev — Şumal İmamverdi Bağırov — professor Nəcibə Behbudova — ana Mobil Əhmədov — Cəsarət Əzizağa Qasımov — Canəli Məmmədsadıq Nuriyev — Əli Ofeliya Aslan — qız Səyavuş Aslan — Dadaşbala Hacıbaba Bağırov — İlqar Hökümə Qasımova — Tamaşa Lütviyyə Səfərova — Naza Almaz Mustafayeva — Dilbərin rəfiqəsi Z.Babayeva Gülşad Baxşıyeva — Naxış == İstinadlar == == Mənbə == "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Aktyor təbəssümü (film, 2008)
Aktyor təbəssümü qısametrajlı sənədli televiziya filmi rejissor Emil Babayev tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın xalq artisti İlham Namiq Kamal haqqındadır. == Məzmun == Film Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın xalq artisti İlham Namiq Kamalın həyat və yaradıcılığından bəhs edir.