Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təyəmmüm
Təyəmmüm — şəriətdə xüsusi qayda ilə yerinə yetirilən əməl. Qüsl vermək, yaxud dəstəmaz almaq üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl yaxud dəstəmaz almaq əvəzinə təyəmmüm edilir. Qurani Kərimdə buyurulur: "Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!" (Maidə surəsi, 6-cı ayə) 7 yerdə dəstəmaz və ya qüslün yerinə təyəmmüm almaq lazımdır: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada (çöldə) yaşayırsa, hökm eynidir. Əgər insan çöldə səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, lazım-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi qədər[3] dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu ölçüsündə axtarış etməlidir. Əgər dörd tərəfin bəzisi hamar, bəzisi alçaq-hündür olsa, gərək hamar olan yerdə iki ox uçuşu ölçüsündə və hamar olmayan yerdə isə bir ox uçuşu ölçüsündə axtarış aparsın. Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil.
Təmmuz
Təmmuz Xan - türk, şumer və altay mifologiyasında bərəkət ilahı. Tamız (Tamus, Tammus, Tamıs, Dumuz, Dumıs) Xan kimi də deyilir. Şumer mənşəlidir. Türk coğrafiyasının böyük qisimində adı yaz aylarından birinə verilir (iyul); Temmuz, Tamız, Tamıs kimi... Çox vaxt Ahır heyvanlarının və ya çobanların ya da çöl həyatın, əkinlərin və hasadın qoruyucusu olaraq görülər. Damazlıq (Anadoluda "Damızlık") sözü, "Damaz" (Anadoluda "Damız"; ahır) sözü ilə olduğu qədər bu adla də əlaqəlidir və Tamız Xan üçün ayrılan heyvan deməkdir. Şumer mifologiyasında çoban görünüşlü olaraq təsvir edilər. Şumerce adı Dumuzi, 12 Hayvanlı təqvimdə də iştirak edən Donuz (Türkcə "Domuz") ilə əlaqəli ola bilər. Ünü bütün orta şərqə yayılmışdır. (Təm/Tam/Dam) kökündən törəmişdir.