Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qabor Alfred Fehervari
Qabor Alfred Fehervari (mac. Gábor Alfréd Fehérvári; d. 8 aprel 1990, Dyor, Macarıstan) və ya səhnə adı ilə Freddi — Macarıstan müğənnisi. O Macarıstanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Qabor Alfred Fehervari 8 aprel 1990-cı ildə Macarıstanın Dyor şəhərində anadan olmuşdur. Onun babası Alfred Fehervari futbol hakimi olaraq (1975-2007) fəaliyyət göstərmişdir. Freddi musiqi karyerasına başlamazdan öncə kommersiya kollecində təhsil almışdır. 2010-cu ilə kimi o, sadəcə oxumaqla qalmamış və həm də kiçik musiqi qruplarında gitarada da ifa etmişdir. Macarıstan tamaşaçıları Freddini ilk dəfə ölkədə keçirilən Rising Star musiqi yarışmasından tanımışdırlar. Yarışmada ifaçı dördüncü yerə layiq görülmüşdür.