Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkdam
Təkdam (Masallı) – Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Təkdam (Kəlbəcər) – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Akdamar adası
Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
Akdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Təkdam (Germi)
Təkdam (fars. تكدام‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (7 ailə).
Təkdam (Kəlbəcər)
Təkdam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Təkdam kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ilin noyabr ayında üçtərəfli razılaşmaya görə işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsini qonşu Keşdək kəndindən köçüb gəlmiş ailələr qədim dövrdə daşdan tikilmiş, indi də yaxşı saxlanmış kiçik bir binanın (yerli əhali bu binaya dam deyir) ətrafında saldığına görə belə adlandırılmışdır. Kənd ərazisində tək bir ev, tikili olan ərazidə salındığına görə belə adlanır. Yerli əhali arasında bir ev olan yerlərə tək evli və ya təkdam deyilir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. === Yaylaqları === Əyir yaylaqları, Keçəltəpə yurdu. === Bulaqları === Çınqıllı bulaq, Sarı bulaq, Turşlu bulaq, Axac bulağı, Gözəllər bulağı.
Təkdam (Masallı)
Təkdam — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 521 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Masallı rayonunun Həsənli kəndindən bir nəfər naməlum səbəblərdən köçərək Taxtaçayın sahilində dam (ev) tikərək məskunlaşması nəticəsində yaranmışdır. == Din == Kənddə Təkdam kənd məscidi dini icması fəaliyyət göstərir.
Təkdam (Meşkinşəhr)
Təkdam (fars. تك دام‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 304 nəfər yaşayır (80 ailə).