Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Termessos
Termessos — Türkiyənin ən yaxşı qorunmuş antik şəhərlərindəndir. Antalyanın 30 kilometr şimal-qərbində, Korkuteli yolu üzərində yerləşir. Dəniz səviyyəsindən ortalama 1150 metr yüksəklikdə, Güllük dağının cənub-qərbində təbii bir platforma üzərində qurulmuşdur. Bir çox vəhşi bitkinin arasında saxlanmış və tez şam meşələrilə məhdudlaşdırılmışdır. Termessosun dinclik verən və əl dəyməmiş görünüşüylə digər antik şəhərlərdən daha fərqli və təsiredici bir havası vardır. Təbii və tarixi zənginliklərinə görə şəhər öz adını daşıyan milli park əhatəsinə alınmışdır. Termessos adındakı cüt "s", şəhərin Anadolu insanları tərəfində qurulduğuna dair linqvistik bir dəlil kimi göstərilir. Strabona görə, Pisidia xalqı olan Termessos sakinləri özlərini Slyme olaraq çağırardılar. Yaşadıqları dağa da verilən bu ad, sonrakı illərdə Zeusla özdeşləşdirilən və burada da Zeus Solymes mədəniyyətinin yüksəlməsinə səbəb olan Anadolu tanrılarından Solymesdən gəlməkdədir. Termessos sikkələrində bir tanrı vardır və sikkələrə adı verilmişdir.
Teressa adası
Teressa adası (ing. Teressa, hind. तेरेस्सा) — Nikobar adaları arxipelaqının mərkəzi hissəsində yerləşən ada. Ada Avstriya herseginyası Mariya Terezanın şərəfinə adlandırılmışdır. Ada 20 km uzunluğa, 5 km enə malikdir. Sahəsi — 101,26 km². Maksimal hündürlüyü 250 metrdir. 2001-ci il siyahıya alınmasına görə adada 2043 nəfər yaşayır.