Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cunko Tabey
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur.1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır.Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır. Tabey bundan sonra Yeddi zirvənin fəthini tamamlamağa qərar vermişdir. O, 1980-ci ildə Kilimancaro, 1987-ci ildə Akonkaqua, 1988-ci ildə Denali, 1989-cu ildə Elbrus, 1991-ci ildə Vinson, 1992-ci ildə isə Caya zirvəsini etmiş, beləcə, Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.Bunlardan əlavə, Tabey hər ölkənin ən hündür zirvəsini də fəth etməyə çalışmışdır və bu kateqoriya üzrə hədəflədiyi 196 zirvədən 60-nı fəth etmişdir.
Tübətəy
Araxçın və ya Tübətəy (başq. түбәтәй, qaz. төбетей, тақия, qırğ. тебетей, çeç. пяс, tatar. түбәтәй, türkm. tahýa) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb. Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar.
Tazəbəy hamamı
Tazəbəy hamamı — Bakıda ictimai hamam. Bakının mərkəzində XIX əsrdə (1886-cı ildə) inşa edilmiş Tazəbəy hamamı ictimai hamamlardan biridir. Tazəbəy hamamı müasir tələblər əsasında 2003-cü ildə tam bərpa olunmuşdur. Bu gün imarət üsullarından rəsmi şəkildə salınmış ekzotik şərq interyeri ilə fərqlənən Tazəbəy hamamı Bakıda qonaqların ən sevimli istirahət və sağlamlıq ocaqlarından biri sayılır. Şərq, rus və fin hamamı, hovuz, habelə digər xidmətlər, o cümlədən bütün növ massaj, kisə, süpürgə (evkalipt), pedikür, manikür müştərilərin qulluğunda hazırdı. Tazəbəy hamamında şərq və avropa mətbəxi ilə restoran, bar və pivə barı fəaliyyət göstərir. Bütün xidmətlərə yüksək ixtisaslı personal məsuliyyətlidir.