Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canbəyim Xatun
Canbəyim Xatun (d. - ö.1468-ci il) - Qaraqoyunlu hökmdarı Cahanşahın həyat yoldaşı, diplomat, dövlət xadimi. Canbəyim Xatun XV əsrin xarici və daxili siyasətində mühüm rolu olan, oğulları ilə Cahanşah arasında yaranan ixtilafların həllində öz təsirini göstərən, eləcə də sultanlığın mövcudluğunun qorunub saxlanılması üçün ciddi səylər göstərən mühüm şəxsiyyətlərdəndir. Hüseyn Katib “Tarixi-i Cədid-i Yezd” adlı kitabında Canbəyim Xatundan bəhs edərək “İki dünyanın qulu, şərafətli Canbəyim Xatun” ifadələrinə yer vermişdir. == Həyatı == Fərman və vaqiyənamələrdə Cahanşahın həyat yoldaşı və uşaqlarının anası kimi qeyd edilən Canbəyim Xatunun kimliyi ilə bağlı mənbələrdə çox az məlumat var. O Tağəddin Rəcəb ibn Əfridunun qızıdır. Canbəyim Xatunun Cahanşah ilə etdiyi evlilikdən Pir Budaq, Məhəmməd-i Mirzə, Əbu Yusif Mirzə, Əbul Qasım Mirzə, Ferruxzad Mirzə və Dövlət Sultan adlı övladları dünyaya gəlmişdi. Mənbələrdə onun doğum ili qeyd olunmasa da, H.871/M.1468³-də Cuşin qalasında ögey oğlu Həsən Əli tərəfindən öldürüldüyünə dair məlumatlar var. Qəbri Təbrizdəki Müzəffəriyyə mədrəsəsindədir. Hüseyn Kərbəlayinin “Ravzatü'l-Cinan ve Cennatû'l-Cenan” əsərində, Canbəyim Xatunun dəfn olunduğu yerdən bəhs edir, “Onun (Cahanşahın) cənazəsi Müzəffəriyyədə, yəni həyat yoldaşı Canbəyim Xatunun binalarından biri olan Təbrizdəki Məscid-i Kebudda, övladlarının çoxu ilə birlikdə dəfn edilmişdir.“ Mənbələrdə Canbəyim Xatunun adına ilk dəfə Cihan şahın Ayn əl-Arusdakı düşərgəsində bir Osmanlı səfirini qəbul etməsi və Diyarbəkir səfəri ilə əlaqədar rast gəlinir.
Çin Taybeyi
Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir. Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarında və futbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir. Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.
Şükriyyə taleyim (roman)
Şükriyyə taleyim — Ülviyyə Tahirin Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad (Axundzadə) barədə tarixi romanı. Romanın adı Əhməd Cavadın güllələnməsindən sonra Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə sürgün edilən həyat yoldaşı Şükriyyə xanıma hələ sağlığında həsr etdiyi şeirindəki "Şükriyyə taleyim" sözlərindən götürülüb. Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, mühacirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular. Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapısı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qarşısına sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övladından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu.
Xəzərim mənim, taleyim mənim (film, 1991)
Çin Taybeyi qadın milli voleybol komandası
Çin Taybeyi qadın milli voleybol komandası — Tayvanı qadın voleybolunda təmsil edən milli komanda. Tayvan voleybolçularından təşkil olunmuş yığmadır. Ancaq, Tayvanla Çin arasındakı siyasi gərginlik səbəbi ilə bütün idman növlərində olduğu kimi voleybolda da Tayvan Çin Taybeyi adı altında çıxış edir. Bayrağı da ölkənin bayrağı deyil, olimpiya bayrağıdır. Çin Taybeyi milli komandası dünya çempionatına iki dəfə vəsiqə qazanmışdır. İlk dəfə 1990-cı ildə yüsəldikləri mundiala bir də 16 il sonra Yaponiyada keçirilən 2006 dünya çempionatına vəsiqə qazanmışlar. Ən böyük uğurları isə 2006-cı ildə keçirlən Asiya Oyunlarında əldə etdikləri bürünc medaldır.