Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maldarlıq
Heyvandarlıq — səmərələrindən faydalanan heyvanların daha qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. İnkişaf etməkdə olan ölkələrin çoxunda malçılıqda heyvan başına səmərə aşağıdır. Buna əks olaraq inkişaf etmiş ölkələrdə baxım, bəsləmə və islah mövzularındakı davamlı inkişaf sayəsində heyvan başına alınan səmərə davamlı artmaqdadır. Yetişdirmə işlərini 3 ana başlıq altında yığmaq mümkündür.
Yardarlıq
Yardarlıq — torpaq icarəsi forması; torpaq mülkiyyətçisinə icarə haqqı məhsulla ödənilir. Xırda kənd təsərrüfatı istehsalçılarının, əsasən, kapitalizməqədərki və zəif inkişaf etmiş kapitalist istismarı formasını xarakterizə edir. Kapitalist istehsal münasibətlərinin yaranması şəraitində yardarlıq feodal torpaq icarəsindən kapitalist torpaq icarəsinə keçid forması idi. Yardarlıq feodalizm qalığı kimi bir sıra inkişaf etmiş kapitalist ölkəsində (ABŞ, İtaliya, İspaniya) hələ də qalmaqdadır. Şərqin bir çox ölkəsində (məsələn, Hindistanda) yardarlıq icarə münasibətləri formaları arasında mühüm yer tutur. Oktyabr inqilabından əvvəl Azərbaycanda yardarlıq yarımicma formasında mövcud olmuşdur. == Mənbə == Јардарлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Tacarıq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Tacarıq (Miyanə)
Tacarıq (fars. تجرق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 653 nəfər yaşayır (141 ailə).