Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Zaviyə
Zaviyə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 6,141 nəfər və 1,624 ailədən ibarət idi.
Ağviyə (Kəleybər)
Ağviyə (fars. اغويه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (54 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Meşəpara kəndistanında, Kəleybar qəsəbəsindən 10 km qərbdə, Əhər-Kəleybar avtomobil yolunun üstündədir.
Tabiyə (Sulduz)
Tabiyə (fars. تابيه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (17 ailə).
Təkiyə (Bicar)
Təkiyə (fars. تكيه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var.
Zaviyə mədrəsəsi
Zaviyə mədrəsəsi — Naxçıvan şəhərində bu günə qədər salamat vəziyyətdə gəlib çatan orta əsr təhsil mərkəzlərindən Zaviyə-mədrəsə binası nəinki Naxçıvan şəhərinin, ümumiyyətlə bölgə əhalisinin təhsilində mühüm rol oynamışdır. Bu təhsil mərkəzi hazırda şəhərin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində yerləşir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını verən “zaviyə” orta əsrlər zamanı müsəlman Şərqində fəaliyyət göstərən sufı təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar. Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 metr hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m²-dir. Binanın divarlarının qalınlığı 0,9 - 1,5 metr arasında dəyişsə də əsas qalınlıq 90 sm-dir.
Zaviyə məscidi
Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi. Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufı qardaşlıqları ardıcıllarmm məskənlərinin adlarmdan biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufı təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.
Zaviyə (Livya)
Zaviyə Liviyanın şimal-qərbində yerləşən şəhərdir. Tarixi Tropolitaniya bölgəsində, Tripolinin təxminən 47 km (29 mil) qərbində ,Aralıq dənizinın Liviya sahillərində yerləşir. Zaviyə, Zaviyə rayonunun mərkəzidir. 1973 və 1984-dəki Liviya əhali siyahıya almalarında, şəhərin əhalisi 91.603 idi. Əhaliyə görə (Tripoli,Benqazi , Misrata və Baydadan sonra) Liviyanın ən böyük beşinci şəhəridir .2011-də Zaviyə rayonunun təxminən 200.000 əhaliyə sahip olduğu təxmin edilirdi bunların çoxu şəhər əhalisi idi. Zaviyə şəhərinin 1988-də qurulan Al Zawiya Üniversiteti adında bir üniversiteti vardır . Şəhərin yaxınında neft sahəsi yerləşir və Zaviyə, Liviyanın ən önəmli iki neft rafinəsindən birinə sahib. Zaviyə ilk dönəmdəki ən şiddətli döyüşlərdən bəzilərinin yaşandığı yeriydi. Çünki Zaviyənin yerləşdiyi yer Tripoli və Tunis sərhəddi arasındakı maşruta nəzarət etməyə imkan verən bir yerdir. Zaviyə quru tropik bir iqlimə sahibdir.
Zaviyə (ibadətgah)
Zaviyə (ərəb. زَاوِيَةٌ‎) — hücrə, sufilərin ibadətgah yeri, İslam dini məktəbi. Əvvəlcə zəviyə məsciddə və ya oradakı otaq adlanırdı, burada müsəlmanlara ərəb dili ilə yanaşı Quran oxumaqda öyrədilirdi. 12-ci əsrdən, təsəvvüf qardaşlıqları (tarikatlar) yarandıqdan sonra, zaviyə onun tələbələrinin (müridlərin) təhsil aldıqları ruhani müəllimin (şeyx, mürşidin) iqamətgahı adlandırılmağa başladı. Orta əsrlərin sonlarında Şimali Afrikada zaviyələr istənilən tariqənin “təşkilati strukturun əsas vahidinə çevrilir”. Onlar “kiçik məscid, şeyx və müridlər üçün yaşayış yeri, həmçinin səyyahlar (dərvişlər) üçün sığınacaq da daxil olmaqla mürəkkəb bir quruluşdur”. Али-заде А. А. Завия // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0) Гогиберидзе Г. М. Исламский толковый словарь.
Nakiyə Elgün
Nakiyə Elgün (1882, Rumelifeneri[d] – 23 mart 1954, İstanbul) — türk siyasətçi və pedaqoq. O, Osmanlı dövrünün sonu və Türkiyə Cümhuriyyətinin ilk illərində qızların təhsilə cəlb edilməsinni təbliğ edən ilk maarifçilərdən biri olub. Elgün Osmanlı qadın hərəkatının üzvlərindən idi və 1930-cu ildə İstanbul Bələdiyyə Məclisinin ilk qadın üzvü olmaqla Cümhuriyyət dövrünün siyasi hüquqlar əldə edən ilk qadınlarından biri olmuşur. O 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində Ərzurumu üç dəfə təmsil etmiş və Türkiyə Cümhuriyyətinin ilk 18 qadın millət vəkilindən (deputat) biri olmuşdur. Nakiyə Elgün 1882-ci ildə İstanbulda anadan olub. 1901-ci ildə Qız müəllim məktəbini bitirmiş, 1911-ci ilə qədər həmin məktəbdə ədəbiyyat müəllimi kimi işləmişdir. Elgün 1911-ci ildə İkinci Məşrutiyyətdən sonra yeni açılmış İstanbul İnas Məktəbinə təyin olunub. İnas məktəbində işlədiyi müddətdə Osmanlı dövlətinin Maarif Nazirliyi ondan təhsil pillələrinin yenilənməsi ilə bağlı apardıqları işdə sistemə rəhbərlik edəcək layihə hazırlamağı xahiş etmişdir. Elgün fiziki mühitin təhsilə təsirini əsas göstərərək şagirdlərin elektriklə təchiz edilmiş və masaların üstü ağ rəngli örtüklə örtülmüş siniflərdə təhsil almasını təklif etmişdir. Lakin bu, Nazirlik tərəfindən "lyuks" kimi qiymətləndirilmiş və onun layihəsi rədd edilmişdir.
Əz-Zaviyə Döyüşü
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Birinci Əz-Zaviyə Döyüşü
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. == Xronoloqiya == 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Əz-Zaviyə uğrunda döyüş
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.