Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəmməd Hüseyn Tantavi
Məhəmməd Hüseyn Təntavi (ərəb. محمد حسين طنطاوى سليمان‎; 31 oktyabr 1935, Qahirə – 21 sentyabr 2021, Qahirə) — Misir feldmarşalı, Misir müdafiə naziri; Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının Sədri. 11 fevral 2011 -ci ildə Silahlı Qüvvələrin Ali Şurasının sədri, erkən seçkilərə qədər Misir dövlətinin müvəqqəti başçısı oldu. Təntavi orduya 1956-cı ildə qoşullub və üç dəfə İsrailə qarşı aparılan müharibədə iştirak edib. Misirin artıq sabiq prezidenti Hüsnü Mübarək devriləndən sonra ölkəni Silahlı Qüvvələrin Ali Şurası İdarə edir. Bu şuranın rəhbəri isə Misirin müdafiə naziri, general-feldmarşal Məhəmməd Hüseyn Təntavi idi. Məhəmməd Hüseyn Təntavi 1935-ci il oktyabrın 31-də anadan olub. 1956-cı ildən ordudadır. Ərəb-İsrail müharibələrində, o cümlədən Körfəz müharibəsində iştirak edib. 1991-ci ildən müdafiə naziri, Silahlı Qüvvələrin Ali Şurasının sədri olub.