Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarbaqan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Tarbağan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi. Nəzərə alınmalı olan ilk məqam tarakanların insanlarla təmasda ola bilməsidir. Onlar gecələr ortaya çıxa və ayaqları ilə dərinizi cızaraq kiçik qızartılara səbəb ola bilərlər. Bu cür qızartılar yaxşıca sabunla təmizlənməlir ki, daha ciddi problemə çevrilməsin. Qara tarakanlar, eləcə də digər tarakan növləri, ilk növbədə bakteriyaların daşıyıcısı olduqları üçün təhlükəlidirlər. Tarakanlar heç vaxt getməyəcəyimiz çirkli, iyrənc yerlərdə vaxt keçirirlər. Onlar sizin mətbəxinizdə bir meyvə parçasının üstündə olduğu kimi, meşədə çürüyən heyvan leşinin üstündə də rahatdırlar. Bu faktor onları təhlükəli zərərvericilər edir. Tədqiqatlar təsdiq etmişdir ki, tarakanlar 33-dən çox bakteriya növü daşıya və yaya bilir.
Alçalan dağı
Alçalan dağı - Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisu-Kolanısu suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.
Qara tarakan
Qara tarakan (lat. Blatta orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinin tarakan cinsinə aid heyvan növü. Azərbaycanda geniş yayılmış növlərdən biridir. Çox vaxt tuqay meşələrində, təbii və mədəni senozlarda rast gəlinir. Evlərdə müxtəlif qida məhsulları ilə qidalanır. Qara tarakanın vətəni tropik Asiyadır. Ticarət yolu vasitəsilə yeyinti məmulatları ilə birlikdə Aralıq dənizi ölkələrinə, oradan isə XVI əsrin axırlarında Qərbi Avropa ölkələrinə (İngiltərə və Hollandiyaya) gətirilmişdir. Hazırda bütün Avropada yayılmışdır. Qara tarakanın bədəni müstəqil baş, döş və qarıncıq hissəsindən ibarətdir. Uzunluğu 18-30 mm-dir.
Saralan (Urmiya)
Saralan (fars. ‎‎سارالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (89 ailə).
Qaralan yonca
Qaralan yonca (lat. Trifolium nigrescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria nigrescens (Viv.) Fourr. Trifolium nigrescens subsp. nigrescens Trifolium nigrescens subsp.
Aralan (Mərənd)
Aralan (fars. ارلان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,983 nəfər yaşayır (524 ailə).
Relyefin alçalan inkişafı
Relyefin alçalan inkişafı (rus. нисходящее развитие рельефа, ing. descending evolution of relief) — denudasiya proseslərinin tektonik qalxmadan üstün olduğu şəraitdə baş verir. Relyefin alçalan inkişafı üçün mütləq və nisbi yüksəkliyin azalması, yamacların hamarlanması və peneplenin əmələ gəlməsi səciyyəvidir.
Parçala və idarə et
Parçala və idarə et (lat. dīvide et īmpera) — siyasətdə və sosiologiyada dövlət hakimiyyəti prinsipi, hansına ki, tez-tez heterogen hissədən ibarət olan dövlətlərin hökumət müraciət edir və rəqiblərini bölərək ya da onları bölünmüş vəziyyətdə tutaraq zəif vəziyyətdə buraxmaq istəyən dövlətlərin istifadə etdiyi strategiyadır.
Parçala və idarə et (alqoritm)
İnformatikada parçala və idarə et (ing. divide and conquer (D&C)) rekursiyaya əsaslanan alqoritm dizayn paradiqmasıdır. Parçala və idarə et alqoritmi məsələni rekursiv olaraq iki və ya daha çox alt məsələrə bölərək, ən sadə hal üçün həll edir. Alt həllərin sonradan birləşməsi ana məsələnin həllini verir. Parçala və idarə et bir çox tip məsələni, o cümlədən sıralama (quicksort, mergesort və s), böyük rəqəmlərin vurulması (misal üçün Karatsuba alqoritmi), ən yaxın cüt nöqtələrin tapılması, sintaktik analiz və kəsilən Furye tansformasiya (FFT) məsələlərini həll etmək üçün effektiv texnikadır. Parçala və idarə et bəzən alqoritmlərdə istifadə edilərək məsələni yalnız bir alt məsələyə bölür. Misal üçün [[ikili axtarış]] alqoritmində axtarılan qiymət bu üsulla tapılır (və ya analoji olaraq ədədi hesablamalarda, kökün tapılması üçün istifadə olunan bisection alqoritmi). Belə məsələləri parçala və idarə et alqoritmindən daha effektiv üsulla həll etmək olar. Belə ki, əgər bu məsələlərdə quyruq rekursiyası (ing. ing.
Bacalan dili
Bacəlan dili (Bacəlani), — İran və İraqda danışılan dildir.Şimal qərb iran dillərinin Zaza-Gorani qrupuna aiddir.