Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarantul
Tarantul , (Araneae) dəstəsindan bir böcək növü. Asiya və Avropanın mülayim iqlimli bölgələrində yaşayan su hörümçəkləri (argyroneta aquatica) həyatlarının böyük hissəsini su altında keçirirlər. Çünki bu hörümçəklər yuvalarını suyun içində qururlar. Yuvanı qurarkən hörümçək əvvəlcə su bitkilərinin saplaqları və ya yarpaqlarının arasında iplərlə platforma hörür. Bu iplər hörümçəyə həm evinin yolunu göstərən işarə, həm platformanı möhkəmləndirən bağ, həm də ovun yaxınlaşdığını bildirən radar vəzifəsini yerinə yetirir. Platforma hörüldükdən sonra hörümçək platformanın altına ayaqları və bədənilə hava qabarcıqları daşıyır. Beləliklə, tor yuxarıya doğru şişir və hava əlavə edildikcə zınqırov formasını alır. Bu zınqırov hörümçəyin su altında olduğu müddətdə sığınacağı olan yuvasıdır. Hörümçək gündüzlər yuvasının içində gözləyir. Yaxınlığından hər hansı kiçik bir heyvan, xüsusilə həşərat və ya tırtıl keçdikdə bayıra çıxaraq onu tutur və yemək üçün yuvasına aparır.
Tarantula (mahnı)
Tarantula — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca səkkizinci studiya albomu "Cracker Island"-da səsləndirilmiş mahnı.
Taranto
Taranto — İtaliyaın cənubunda Puglia regionundadə eyni adı daşıyan Taranto vilayəti mərkəzi və bir liman şəhəridir. Eyni zamanda Taranto rayonunun mərkəzi, əhəmiyyətli bir hərbi baza və əhəmiyyətli bir ticarət mərkəzidir. İtalyan filolarının yerləşdiyi və ordunun olduğu strateji bir mövqeyə sahib Tarantoda (31.6.2010 etibarilə) bələdiyyə sərhədləri içində 192.520 adam yaşayır. Qədimdə Tarent (lat. Tarentum) adlandırılmışdır.
Rangifer tarandus
Adi şimal maralı (lat. Rangifer tarandus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin şimal maralı cinsinə aid heyvan növü. Cinsin yeganə nümayəndəsidir. Avrasiya və Şimali Amerikanın şimal hissəsində yaşayır. Şimal maralı ot və şibyədən əlavə kiçik məməli və quşlarla da qidalanır. Avrasiyada şimal maralı əhliləşdirilib və artıq şimal xalqları üçün qida və material mənbəyi kimi mühüm əhəmiyyət kəsb edir. Şimal marallarının çəkisi 220 kiloqrama çatır. Onların boyunları nisbətən uzun, ayaqları isə qısa olur. Şimal marallarının həm erkəklərinin, həm də dişilərinin buynuzu olur. Onların buynuzlarının özünə məxsus forması var.
Tarantolu İoanna
Tarantolu İoanna (it. Giovanna di Taranto; 1297 – mart 1323) — Ermənistan Kralı Oşinlə evliliyi ilə Ermənistan Kraliçası. Taranto şahzadəsi I Filipin qızı olaraq, Anju sülaləsinin üzvü idi. İoanna Taranto şahzadəsi I Filipin birinci həyat yoldaşı Tamar Angelina Komninidən olan qızı idi. İoannanın valideynlərinin yaxşı münasibəti yox idi: Filip Tamarın zərgərlik əşyalarının qalan hissəsini girov qoymasına baxmayaraq, Anju və Epir sülalələri arasında gedən iki illik münaqişə zamanı onun ailəsinin maraqlarına uyğun hərəkət etdiyindən şübhələnirdi. Tamara etimad göstərməyən Filip ondan boşanmağa qərar verdi və 1309-cu ildə onu zina etməkdə ittiham etdi. O, öz sarayının ən azı qırx lordu ilə cinsi əlaqədə olduğunu və Tarantonun Böyük Palatası lordu Bartolomeo Sinyinulfo ilə xüsusi münasibət qurduğunu etiraf etməyə məcbur oldu. Tamar, yəqin ki, uşaqlarını bir daha görməyərək ya rahibə oldu, ya da Filip tərəfindən həbs edildi. Hər iki halda o, çox keçmədən 1311-ci ildə öldü. Anasının ölümündən qısa müddət sonra İoanna Filipin 1313-cü ilin iyulunda evləndiyi Yekaterina de Valua-Kurtenenin himayəsində böyüdü.
Taranto knyazlığı
Taranto knyazlığı - Taranto qraflığının statusunun yüksəldilməsi nəticəsində yaradılmışdı. İlk knyazı həm də Antakiya knyazlığının hakimi olan Tarentli Bohemund idi.