Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarantul
Tarantul , (Araneae) dəstəsindan bir böcək növü. == Su Hörümçəklərinin Suya Başvurma Üsulu == Asiya və Avropanın mülayim iqlimli bölgələrində yaşayan su hörümçəkləri (argyroneta aquatica) həyatlarının böyük hissəsini su altında keçirirlər. Çünki bu hörümçəklər yuvalarını suyun içində qururlar. Yuvanı qurarkən hörümçək əvvəlcə su bitkilərinin saplaqları və ya yarpaqlarının arasında iplərlə platforma hörür. Bu iplər hörümçəyə həm evinin yolunu göstərən işarə, həm platformanı möhkəmləndirən bağ, həm də ovun yaxınlaşdığını bildirən radar vəzifəsini yerinə yetirir. Platforma hörüldükdən sonra hörümçək platformanın altına ayaqları və bədənilə hava qabarcıqları daşıyır. Beləliklə, tor yuxarıya doğru şişir və hava əlavə edildikcə zınqırov formasını alır. Bu zınqırov hörümçəyin su altında olduğu müddətdə sığınacağı olan yuvasıdır. Hörümçək gündüzlər yuvasının içində gözləyir. Yaxınlığından hər hansı kiçik bir heyvan, xüsusilə həşərat və ya tırtıl keçdikdə bayıra çıxaraq onu tutur və yemək üçün yuvasına aparır.
Tarantella
İtalyan xalq rəqsi-gitara, tambura və kastanet ilə müşayət olunur. Musiqi ölçüsü-6/8,3/8. Tarantellanın tarixi ilə bağlı çoxlu əfsanələr var. XV əsrdən başlayaraq ikiyüzillik tarixdə tarantella “tarantizm”-tarantula hörümçəyinin dişləməsi nəticəsində yaranmış dəlilik xəstəliyinin yeganə müalicəsi sayılırdı. Bu həmçinin, İtaliyanın cənub şəhəri Tarantonun adı ilə bağlıdır. Mənşəyi orta əsrlərdə əzələ qicolmalarında və başqa epidemiyalar nəticəsində müqəddəs Vitta və müqəddəs İoan rəqsləri adı ilə İtalyada məşhur olan tarantella rəqsidir. Bununla əlaqədar XV1 əsrdə İtalyada xüsusi gəzən orkestrlər yaradilmişdı ki, bu orkestrlərin müşayəti altinda tarantizmdən əziyyət çəkən xəstələr rəqs edirdilər. Adətən,tarantella musiqisi improvizə olunaraq ifa edilirdi. Tarantellanin əsasını hansısa hava və ya ritmik fiqur təşkil edirdi, bu hərəkətlərin dönə-dönə təkrarlanması tamaşaçılara və rəqs edənlərə ovsunlayıcı, gipnotik təsir bağışlayırdı. Tarantellanın xoreoqrafiyası ekstaz halına çatmağ, rəqsdən cuşa gəlməklə fərqlənirdi.
Tarantolu İoanna
Tarantolu İoanna (it. Giovanna di Taranto; 1297 – mart 1323) — Ermənistan Kralı Oşinlə evliliyi ilə Ermənistan Kraliçası. Taranto şahzadəsi I Filipin qızı olaraq, Anju sülaləsinin üzvü idi. == Həyatı == İoanna Taranto şahzadəsi I Filipin birinci həyat yoldaşı Tamar Angelina Komninidən olan qızı idi.İoannanın valideynlərinin yaxşı münasibəti yox idi: Filip Tamarın zərgərlik əşyalarının qalan hissəsini girov qoymasına baxmayaraq, Anju və Epir sülalələri arasında gedən iki illik münaqişə zamanı onun ailəsinin maraqlarına uyğun hərəkət etdiyindən şübhələnirdi. Tamara etimad göstərməyən Filip ondan boşanmağa qərar verdi və 1309-cu ildə onu zina etməkdə ittiham etdi. O, öz sarayının ən azı qırx lordu ilə cinsi əlaqədə olduğunu və Tarantonun Böyük Palatası lordu Bartolomeo Sinyinulfo ilə xüsusi münasibət qurduğunu etiraf etməyə məcbur oldu. Tamar, yəqin ki, uşaqlarını bir daha görməyərək ya rahibə oldu, ya da Filip tərəfindən həbs edildi. Hər iki halda o, çox keçmədən 1311-ci ildə öldü. Anasının ölümündən qısa müddət sonra İoanna Filipin 1313-cü ilin iyulunda evləndiyi Yekaterina de Valua-Kurtenenin himayəsində böyüdü. Bu evlilikdən İoanna, Taranto şahzadəsi II Filip də daxil olmaqla, beş ögey qardaş-bacı qazandı.