Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taşbulat (Əbyəlil)
Taşbulat kəndi (başq. Ташбулат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Taşbulat kəndinin milli tərkibi: başqırdlar 97 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 46 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. Zinnur Ahmadieviç Nurqalin — ədəbi tənqidçi, Başqırdıstab Elmlər Akademiyasının fəxri akademik (2002), filologiya elmləri doktoru (1984), professor (1985), BMSSR-in əməkdar elm xadimi (1978). Radik Safarqaleeviç Valmuhametov — rus müğənnisi, Başqıdıstanın xalq artisti (2003). Rinat Yumoroviç Ataullin — rəssam, Başqırdıstan Respublikasının əməkdar artisti (2010). 1991-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü. Совет муниципальных образований Республики Башкортостан.
Tuskulan söhbətləri
"Tuskulan söhbətləri" (lat. Tusculanae disputationes) — Siseronun daha çox əxlaqi məsələləri əhatə edən fəlsəfi kitablarından biri. Təxminən m.ö. 45 ildə tamamlanmışdır. Bu kitab Sisero yaradıcılığının ən uca zirvəsi sayılır. O, Sezara qəsd edən Markus Brutusa həsr olunmuşdur və beş kitabdan ibarətdir: “Ölümə qarşı biganə olmaq”; “Ağrıdan qurtarmağın yolu”; “Kədərdən təsəlli tapmaq”; “Ehtiraslar haqqında”; “Yetərli olan ərdəm haqqında”. Bu kitablarda Sisero çoxlu fəlsəfi və əxlaqi məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə yiyələnmək və müdriklik məqamına çatmaq həyatı məzmunla doldurur və bunlar qocalıq, ağrı, ölüm, itki kimi əzabları yüngülləşdirir. Bu əsərdə ölüm qarşısında qorxu hissi haqqında söhbət açılır. Həm də burada ölümün şər olub-olmaması və insan ruhunun mahiyyəti haqqında düşünülür.