Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taliça
Taliça — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Taxıc
Taxıc — naqillərin şəbəkəyə birləşdirilməsi ilə elektrik enerjisi, texniki informasiyalar və optik şüalarının ötürülməsinə xidmət edir. Adətən o taxıc yuvası ilə birlikdə ayrılabilən birləşməni təşkil edir. Taxıc gövdə və ondan kənara çıxan çəngəl formalı kontakt çubuqlardan ibarətdir. Taxıc adətən naqilin uc hissəsinə bərkidilir və çevik olur. Taxıcdan məişətdə elektrik cihazlarının şəbəkəyə qoşulmasında geniş istifadə olunur. İlk dəfə yaranması da elə evlərdə elektrik lampalarının şəbəkəyə qoşulması ilə bağlı olub. 1904-cü ildə Harvi Hubbel (Harvey Hubbell) ilk dəfə taxıc və taxıc yuvasını patentləşdirmişdir. Bundan sonra o geniş yayılır. Taxıcların başqa bir tətbiq sahəsi kompüter texnikası ilə bağlıdır. Burada müxtəlif periferiya qurğularının (monitor, printer, tastatur, siçan, skayner və s.) kompyüterin əsas gövdəsi ilə birləşdirlməsi öndə durur.
Taxıc yuvası
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Dəyişən cərəyan üçün taxıc yuvaları