Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xızır Taxtamışev
Xızır Taxtamışev (17 oktyabr 1943, Ersakon[d]) — Elmlər doktoru, Qaraçay-Çərkəz Respublikasının xalq şairi. 1943-cü il oktyabrın 17-də Stavropol diyarının Çərkəz Muxtar Vilayəti Ersakon kəndində anadan olmuşdur. == Elmi və pedaqoji tərcümeyi-halı == 1962-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1967-ci ildə Cənubi Rusiya Dövlət Politexnik Universitetini mühəndis ixtisası ilə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə əyani aspiranturaya (Milli Nəqliyyat Universiteti) daxil olmuşdur. 1973-cü ildə MNU-də namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə MNU-da doktorluq dissertasiyası müdafiə edir. Onun uzunmüddətli elmi tədqiqatlarının nəticələri Rusiya Federasiyasının və MDB ölkələrinin Dövlət Standartında (ONTP-01-90), Moskva “Akademiya” nəşriyyat mərkəzi tərəfindən dəfələrlə təkrar nəşr olunan dərsliklərdə tətbiq edilmişdir. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Elmi Araşdırma Birliyi ona “Nəqliyyat və texnoloji maşın və komplekslərin istismarı” ixtisası üzrə “Magistr və bakalavrların hazırlanması üçün dərsliklər” nominasiyası üzrə I dərəcəli Diplom təqdim edilmişdir. Elmi və pedaqoji fəaliyyətdə mühüm nailiyyətlərə görə texnika elmləri doktoru, professor Taxtamışev Xızır Mahmudoviç “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” döş nişanı ilə təltif edilib.