Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ars Technica
"Ars Technica" (tələffüzü – /Ars-teknika/; latın dilindən – "texnologiya incəsənəti") — ABŞ xəbər və analitik onlayn nəşri. Publikasiyanın məzmunu informasiya texnologiyalarına həsr olunmuşdur. IT mövzusundakı ən populyar şəbəkə nəşrlərindən biridir. Müxtəlif hesablamalara görə, internet portalı 1,5 milyondan 4,5 milyona qədər unikal ziyarətçi cəlb etmişdir."Ars Technica" 1998-ci ildə Ken Fişer və Con Stoks tərəfindən yaradılmışdır. Burada elm, texniki icmallar, video oyunlar kimi mövzularda xəbərlər, resenziyalar, təlimatlar, kompüter avadanlıqları və proqram təminatı dərc olunur. Saytdakı məqalələr çox vaxt müəlliflərin subyektiv fikrini əks etdirir, qəzet və jurnallardan fərqli olaraq qeyri-rəsmi dildə yazılır.