Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazar tendensiyası
Bazar tendensiyası - Bazar tendensiyası, maliyyə bazarlarının zamanla müəyyən bir istiqamətdə hərəkət etmə meyli. Bu tendensiyalar uzun zaman çərçivələri üçün sekulyar, orta zaman çərçivələri üçün birinci dərəcəli və qısa zaman çərçivələri üçün ikinci dərəcəli olaraq təsnif edilir. Treyderlər bazar tendensiyalarını texniki analizdən istifadə edərək müəyyən etməyə çalışırlar. Onlar cari qiymətin dəstək və müqavimət səviyyələrinə uyğunlaşması nəticəsində bazar tendensiyasını proqnoz edirlər. Gələcək qiymətləri heç vaxt bilmək mümkün olmadığı üçün tendensiya yalnız retrospektiv olaraq müəyyən edilə bilər. == Bazar terminologiyası == "Buğa bazarı" və "ayı bazarı" terminləri müvafiq olaraq yuxarı və aşağı bazar tendensiyalarını təsvir edir və ya bütövlükdə bazarı, ya da xüsusi sektorları və qiymətli kağızları təsvir etmək üçün istifadə olunur.