Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teratologiya
Teratologiya — fizioloji inkişaf anormallıqlarını öyrənir. Bəzən bu elm sahəsinin insandakı anadangəlmə patologiyaları öyrəndiyini düşünürlər lakin Teratologiyanın tədqiqat sahəsi daha genişdir.
Dermatologiya
Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – elm deməkdir) — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.
Hematologiya
Hematologiya (yun. ‘αἷμα + - qan tərkbini (qan hüceyrələri, zülalları, hemoqlobin), laxtalanmanı, qanyaradan orqanları və qan xəstəliklərini öyrənən sahə, iç xəstəliklərin bir qolu. Bu sahə üzrə ixtisaslaşan terapevtlərə hematoloq deyilir.
Hepatologiya
Hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olaraq qaraciyər, mədəaltı vəz və öd kisə-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicəsi və profilaktika yollarını öyrənir.