Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. == Tarixi == Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Bürc-Bü-Ərriric
Bürc-Bü-Ərriric (ərəb. برج بوعريريج‎) — Əlcəzairin şimalında şəhər. Eyniadlı vilayət tərkibində şəhər dairəsidir. 2005-ci ildə olan təxminlərə görə, şəhərin əhalisi 140 min nəfərdir. Bürc-Bü-Ərriric Setifdən 70 km qərbdə və Buiradan 115 km cənub-şərqdə yerləşir. Şəhərin iqtisadi həyatı əsasən kənd təsərrüfatı və kiçik sənaye istehsalı ilə təmsil olunur.
Bürc-Bü-Ərriric vilayəti
Borc-Bu-Arreric vilayəti — == Ərazisi == Borc-Bu-Arreric vilayətinin ərazisi 4 115 Km2-dır. Borc-Bu-Arreric vilayətinə 10 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Borc-Bu-Arreric vilayətinin əhalisi 628 475 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.