Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Titrimetrik analiz
Titrimetrik analiz (titrləmə) – təyin edilən maddənin reaksiyası üçün sərf olunan reaktiv məhlulunun dəqiq bilinən qatılığının həcminin ölçülməsinə əsaslanan, analitik kimyada tez-tez istifadə olunan kəmiyyət/kütlə analiz metodudur.. Titrləmə — tətqiq edilən maddənin titrinin təyin prosessinə deyilir. Titrləmə sıfır işarəsinə kimi titrantla doldurulmuş buretkanın köməkliyi ilə aparılır. Başqa nişanlardan başlayaraq titrləmək məsləhət görülmür, çünki büretkanın şkalası qeyri-bərabər ola bilər. Büretkaların işçi məhlulla doldurulması qıf və ya xüsusi vasitələrin köməkliyi ilə aparılır, əgər büretka yarımavtomatikdirsə. Titrləmənin son nöqtəsi (ekvivalent nöqtəsi ilə səhv salmaq lazım deyil) indikatorlarla və ya fiziki-kimyəvi üsullarla (elektrikkeçiricilik, işıqkeçiricilik, indikator elektrodunun potensialı və s.) təyin edilir. Titrləməyə sərf edilən işçi məhlulun miqdarına əsasən analizin nəticələri hesablanır. Titrimetrik analiz müxtəlif kimyəvi reaksiyalara əsaslana bilər: Turşu-qələvi titrləmə — neytrallaşma reaksiyaları Oksidləşmə-reduksiya titrləmə (permanqanatometriya, yodometriya, xromatometriya, bromatometriya və s.) – oksidləşmə-reduksiya reaksiyaları Çökdürmə titrləmə (argentometriya, merkurometriya və s.) – az həll olunan maddələrin alınması ilə gedən reaksiyalar, bu zaman məhlulda çökən ionların qatılığı dəyişir. Kompleksometrik titrləmə — davamlı kopleks birləşmələrin əmələ gəlməsinə əsaslanan reaksiyalar, bu zaman titrlənən məhlulda metal ionların qatılığı dəyişir. Birbaşa titrləmə zamanı təyin olunan maddənin məhluluna (titrlənən maddənin alikvotasına və ya lazım olan miqdarda götürülmüş çəkisinə) kiçik porsiyalarla titrant məhlul(işçi məhlul) əlavə edilir.