Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Shack
"Shacknews" (ümumiyyətlə "The Shack" adlanır) — ABŞ videooyun veb saytı. Saytın məzmunu videooyunları və videooyun sənayesinə həsr olunmuşdur. Sayt xəbərlər, məqalələr, resenziyalar dərc edir, tərkibində internet forumu var. "Shacknews" və ona yaxın olan "FileShack" 2009-cu ildən "GameFly" şirkətinə məxsusdur. Saytın əvvəlki sahibləri – Stiv Gibson və Maarten Qoldşteyn on ildən çox müddətə saytı işlətdikdən sonra onu satmışdır.
Track Top-40
No Thank You
No Thank You — Böyük Britaniya repçisi Little Simz(en)-in beşinci studiya albomu. 12 dekabr 2022-ci ildə buraxılıb.
Anti-armenia Hack Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. == Yaranma tarixi və missiyası == Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. == Fəaliyyəti == 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.