Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doqquztikanlı tikanbalıqları
Doqquztikanlı tikanbalıqları (lat. Pungitius) — Tikanbalığıkimilər fəsiləsinə daxil olan balıq cinsi. Avropanın şirin və şorsulu ərazilərdə yayılmışdır.
Cənub tikanbalığı
Cənub tikanbalığı (lat. Pungitius platygaster) — Tikanbalığıkimilər fəsiləsinə daxil olan balıq növü. == Yayılması == Qara dəniz, Xəzər dənizi, Aral dənizi sularında yayılmışdır. Dunay çayında Belqrada qədər ərazilərdə müşahidə edilir. Yunanıstanın Vardar, Alyakmon çaylarında qeydqə alınmışdır. Onlara həmcinin İssık-Kul gölündə, Sarısu, Tobol çaylarında müşahidə edilirlər. Azərbaycanda Cənubi Xəzər sahillərində, Kür çayının aşağı axarlarında, Quba-Xaçmaz massivindən axan çaylarda müşahidə edilirlər. == Təsviri == Bel üzgəcinin önündə 8–11 arası tikan olur. Qarın tikanı azacıq diş-dişdir. Şirin və şorsulu ərazilərdə yaşaya bilir.
Üçtikanlı tikanbalığı
Üçtikanlı tikanbalığı— (lat. Gasterosteus aculeatus)-Tikanbalığıkimilər fəsiləsinin Qasterosteus cinsinin nümayəndəsidir. Atlantik və Sakit okeanların şimal hissələrində geniş yayılmışdır. Murmansk yaxınlığında, Ağ dənizdə rast gəlinir. İlk dəfə Xəzər dənizində tikanbalığıkimilər sinfinə daxil olan üçiynəli tikanbalığına 1984-cü ildə təsadüf olunub və bundan sonra az müddət ərzində o, Orta və Cənubi Xəzərdə, həm də Dəvəçi limanında geniş yayılıb. Çılpaq bədənli, xırda balıqlardır, uzunluğu 5–6, az hallarda 10 sm-ə çatır. Dəvəçi limanında tədqiq olunmuş üçiynəli tikanbalığının uzunluğu 4,5–6,1 sm, kütləsi 1,4–4,3 q olmuşdur. Bel üzgəcinin qarşısında 3 sərbəst tikan vardır. Qarın üzgəcləri də tikan şəklindədir. Yaşayış yeri Dəvəçi limanı, Orta və Cənubi Xəzərin şərq və qərb sahilləridir.