Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Timoti
Timoti — ad. Timoti Dalton — Böyük Britaniya aktyoru Timoti Makvey — Timoti Şuttlevort — Böyük Britaniyalı üzgüçü. Timoti Vinter — Yamaykalı üzgüçü. Timoti Van — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi.
Timofey Mozqov
Timofey Pavleviç Mozqov, (rus. Тимофей Павлович) peşəkar basketbolçudur. O 1986-cı ilin iyul ayının 16 anadan olub. NBA-nın Bruklin Nets komandasının oyunçusudur. 2016-cı ilde Mozqov Klivlend Kavalers komandası ilə NBA-nın çempionu adını qazanır. Beləliklə, ilk rus basketbolçularından biri kimi məşhurlaşır. Rusiya komandasının üzvü kimi 2012-ci ilde Yay Olimpiyadasında gümüş medal qazanır. Avrobasketbol 2011-də isə bürünc medal əldə edir. Mozqov peşəkar karyerasına Rusiyanın Lenvo Peterburq komandasından başlayır. 2004-2005-ci illər mövsümündə bu komanda Rusiya ikincisi idi.
Timofey Qrunin
Timofey İvanoviç Qrunin (2 fevral 1898, Mokşan, Penza quberniyası — 19 avqust 1970, Moskva) — sovet linqivist-türkoloqu. Filologiya elmləri namizədi (1944). Dosent (1951). Timofey İvanoviç Qrunin 2 fevral 1898-ci ildə Rusiya imperiyasının Penza quberniyasının Mokşan kəndində anadan olmuşdu. Orta təhsilini doğma yurdunda almışdı. Sonra 1927-ci ilədək Moskva Şərqşünaslıq İnstitutunda oxumuşdu. Aqafangel Krımskinin tələbəsidir. Timofey Qrunin 1927-ci ilin noyabr ayından 1930-cu ilin payızınadək Kiyev şəhərində, Şərqşünaslıq kursunda türk dilindən dərs demişdi. Ümumukraina Şərqşünaslar sssosiyasının üzvü olmuşdu. Timofey Qrunin 19 avqust 1970-ci ildə Moskva şəhərində vəfat edib.
Timofey Vasilev
Timofey Vasilyev
Timofey Vasilyev (tam adı: Timofey Vasilyeviç Vasilyev, rus. Тимофей Васильевич Васильев; 19 fevral (3 mart) 1897 – 23 iyun 1939, Moskva) — Mordoviya (Erzyan) hüquqşünası, Mordoviyada müasir məhkəmə prosesləri sisteminin qurucusu, ictimai-siyasi xadim. 1917-ci il oktyabr inqilabının iştirakçısı. Timofey Vasilyev 19 ferval 1897-ci ildə Tomsk vilayəti Marinski qəzası, Tavla kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. 1909-cu ildə ailəsi ilə birlikdə Kuznetsk hövzəsinin Anjer kömür mədənlərində işləmək üçün işləməyə başlamışdır. Atası mədəndə, Timofey isə daşıyıcı işləyirdi. 1910-cu ildə mexaniki emalatxanada dəmirçi fəaliyyətinə başlayır. 1915-ci ildə isə ailəsi ilə birlikdə doğma Tavla kəndinə qayıdır. bir müddət sonra isə dünyavi məhkəmədə katib işləyir. 1916-cı ildə hərbi xidmətə çağrılır.
Timoti (tısbağa)
Timoti (ing. Timothy; 1839 — 3 aprel 2004) — Böyük Britaniya Krallıq donanması gəmilərinin maskotu. Dişi bir Aralıqdənizi tısbağası. Krım müharibəsinin son şahidi. Timoti 1854-cü ildə Kurtene nəslindən olan kapitan Con Everard tərəfindən portuqaliyalı bir pirat gəmisində tapılır. Krım müharibəsində Sevastopolun bombalanmasına qatılan HMS Queen gəmisinin, daha sonra HMS Princess Charlotte və Nankin yelkənli gəmilərinin maskotu olur. 1892-ci ildə quruya gətirildikdən sonra Timoti Devon qraflığında, Poudereme qəsrində yaşayır. Yalnız 1926-cı ilədə sahibləri Timotinin erkək deyil, dişi olduğunu müəyyən edirlər. Tısbağa 3 aprel 2004-cü il tarixində 165 yaşında ölür və qalada basdırılır. Timotinin ölümü, İngiltərənin ən yaşlı sakininin öldüyünü elan edən əsas ingilis mediasında böyük bir xəbərə səbəb olur.
Timoti Dalton
Timoti Dalton (ing. Timothy Dalton; 21 mart 1946, Koluin-Bey[d], Uels) — Böyük Britaniya aktyorudur. Daha çox Edvard Roçester və Ceyms Bond rolları ilə məşhurluq qazanmışdır. Timoti Dalton 21 mart 1946-cı ildə Vöyük Britaniyanın Uels qraflığının Şimali Uels bölgəsində yerləşən Denbişir unitar inzibati ərazisinin Koluin Bey şəhərində dünyaya gəlmişdir. Atası İkinci dünya müharibəsində yaradılan, Böyük Britaniyanın "Xüsusi əməliyyatların idarə edilməsi" kəşfiyyat-diversant bölməsində xidmət etmişdir. Bu bölmə rəsmi olaraq 1946-cı ildə ləğv edilmişdir. Həmin ildə Timoti Daltonun atası, ailəsi ilə birgə Derbişir qraflığının Belper şəhərinə köçür. Timoti Dalton 16 yaşında məktəbi bitirmiş və teatrda çalışmışdır. 1966-cı ildən başlayaraq filmlərdə, ardınca televiziya seriallarında iştirak etməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" filmində iştirak etmişdir.
Timoti Eyoma
Timoti Coel Eyoma (29 yanvar 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Tottenhem Hotspur klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. ‘TJ’ ləqəbi ilə tanınan Eyoma London şəhərinin Hakni bölgəsində anadan olmuşdur. O, Hayberi Qrov məktəbində təhsil almışdır. Onun qardaşı Aaron Eyoma və ya ‘AJ’ Arsenal klubunun gənc futbolçusudur. Hal-hazırda Derbi Kaunti klubunun üzvüdür. Müdafiənin mərkəzi və sağ cinahında uğurlu çıxış edən Eyoma 2018-ci ilin sentyabr ayında Tottenhem Hotspur klubu ilə 2021-ci ilə qədər müqavilə imzalamışdır. Eyoma öz peşəkar karyerasında debütünü 4 yanvar 2019-cu ildə Tranmere Rovers klubuna qarşı oyunda etmişdir. Prenton Parkda keçirilən FA Kuboku görüşündə Tottenhem rəqibinə 7-0 hesabı ilə qalib gəlmişdir. Eyoma İngiltərədə anadan olmuşdur. Valideynləri isə Nigeriya vətəndaşlarıdır.
Timoti Makvey
Timoti Ceyms MakVeiq (23 aprel 1968, Lokport[d], Nyu-York ştatı – 11 iyun 2001, Terre Haute həbsxanası[d]) — 1995-ci ildə 19-u uşaq olmaqla 168 nəfərin öldüyü, 680-dən çox insanın yaralandığı və Alfred Marreh Federal Binasının üçdə birinin məhv edildiyi Oklahoma şəhərinin bombalanmasına görə məsuliyyət daşıyan bir Amerikalı idi. Partlayış 11 sentyabr hücumlarından əvvəl ABŞ-də törədilən ən ölümcül terror aktı idi. Bu, ABŞ tarixində ən ölümcül daxili terror aktlarından biri olaraq qalır. Körfəz Müharibəsi veteranı olan Makvey 1993-cü ildə çoxu uşaq olan 86 nəfərin ölümü ilə nəticələnən Vako mühasirəsi, həmçinin 1992-ci ildə Ruby Ridge hadisəsi və Amerikanın xarici siyasətinə görə federal hökumətdən qisas almağa çalışırdı. O, federal hökumətə qarşı inqilabı ruhlandırmağa ümid edirdi və zalım bir hökumət olaraq gördüklərinə qarşı qanuni bir taktika kimi bombardmanı müdafiə etdi. O, partlayışdan qısa müddət sonra həbs edilib və kütləvi qırğın silahından istifadə də daxil olmaqla 160 əyalət cinayət maddəsi və 11 federal cinayət maddəsi ilə ittiham olunub. O, 1997-ci ildə bütün maddələr üzrə təqsirli bilinib və ölüm cəzasına məhkum edilib. MakVeyq 11 iyun 2001-ci ildə İndiana ştatının Terre Haute şəhərindəki Federal İslah Kompleksində öldürücü inyeksiya ilə edam edilib. Onun cinayətdən cəmi altı ildən sonra həyata keçirilən edamı ölüm cəzasını gözləyən əksər məhbuslardan xeyli qısa müddətdə həyata keçirilib.
Timoti Van
Timoti Van (17 avqust 1991) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. Timoti Van Birləşmiş Ştatları 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Timoti Vinter
Timoti Vinter (16 yanvar 1996) — Yamaykalı üzgüçü. Timoti Vinter Yamaykanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Timoti Vinter birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 57.20 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Timoti Şalame
Timoti Hel Şálame (ing. Timothée Hal Chalamet [ˈtɪməθi ˈʃæləmeɪ] . 27 dekabr 1995, Nyu-York, Nyu-York, ABŞ) — kino, teatr və televiziyada çəkilən amerikalı aktyor. «Məni öz adınla çağır» dram filmində Elio Perlman rolunu oynamasına görə Oskar mükafatına namizədlik qazanmışdı. Şalame Manhettendakı Hell's Kitchen-da anadan olub. Valideynləri tərcüməçi Mark Şalame və rəqqasə Nikol Flenderdi. Atası Nîmes şəhərində fransız pastor Roje Jak Şalame və anglofon kanadalı Elizabet Eşvort ailəsində doğulan fransızdır. Anasının əcdadları Belarusiyadan (Minsk) və Avstriya-Macarıstan İmperiyasından (Krakov, Lapanov, Tarnov) olan yəhudi əsilli bir amerikalıdır. Aktrisa Paulina Şalame böyük bacısıdır. Əmisi aktyor və rejissor Rodman Flender; xalası televiziya prodüseri və ssenaristi Emi Lippmandı.
Timoti Şuttlevort
Timoti Şuttlevort (24 aprel 1997) — Böyük Britaniyalı üzgüçü. Timoti Şuttlevort Böyük Britaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Timoti Şuttlevort birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:13.01 saniyəlik nəticəsi ilə 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Timoti Riçard
Timoti Riçard (ing. Timothy Richard; çin. ənən. 李提摩太, pinyin: Li Timotai; 10 oktyabr 1845, Karmartenşir[d] – 17 aprel 1919, London) — Çinin modernləşdirilməsinə və Çin Respublikasının yüksəlişinə təsir edən Uels baptist missioneri. Timoti Riçard 10 oktyabr 1845-ci ildə Uelsin cənubundakı Faldıbrenin kəndində dindar baptist əkinçi ailəsi Timoti və Eleanor Riçardın oğlu olaraq anadan olmuşdur. O, müəllim olmuş, sonradan İkinci Evangelist Oyanışından ilhamlanaraq missioner olmaq üçün 1865-ci ildə Haverfordvest İlahiyyat Kollecinə daxil olmuşdur. Orada özünü Çinə həsr etmiş və burada 1876–1879-cu illərdə Şimali Çində aclıq zamanı yardım əməliyyatlarında fəal rol oynamışdır. O, Çində ayaqların bağlanması əleyinə və gender bərabərliyinin təbliğində lider idi. Richard, Timothy. Some Hints for Rising Statesman.
Timoti Devid Barns
Timoti Devid Barns (ing. Timothy David Barnes; 13 mart 1942, Yorkşir[d]) — İngiltərə tarixçisi. O, 2007-ci ilin dekabrında rəsmi olaraq Toronto Universitetindən təqaüdə çıxmış və Birləşmiş Krallığa qayıtmışdır. Barns hal-hzırda Edinburq Universitetinin İlahiyyat Məktəbinin fəxri üzvüdür və Xristian Mənşəyinin Tədqiqi Mərkəzi ilə işləyir. Barnes, Timothy D, Tertullian a historical and literary study, Oxford Clarendon Press, 1971, OCLC 265040582 Barnes, Timothy David, The sources of the Historia Augusta, Latomus, 1978, ISBN 978-2-87031-005-2 Barnes, Timothy David, Constantine and Eusebius, Harvard University Press, 1981, ISBN 978-0-674-16531-1 Barnes, Timothy David, The new empire of Diocletian and Constantine, London, 1982, ISBN 0-7837-2221-4 Barnes, Timothy David, Early Christianity and the Roman Empire, CS 207, Variorum Reprints, 1984, ISBN 978-0-86078-155-4, OCLC 251547581 Barnes, Timothy David, Athanasius and Constantius : theology and politics in the Constantinian empire, Harvard University Press, 1993, hdl:2027/heb.01088, ISBN 978-0-674-00549-5 Barnes, Timothy D, From Eusebius to Augustine : selected papers 1982 – 1993, Collected studies series, 438, Aldershot Variorum, 1994, ISBN 978-0-86078-397-8, OCLC 260175509 Barnes, Timothy David, Ammianus Marcellinus and the representation of historical reality, Cornell studies in classical philology, v.
Timoti Fosu-Mensah
Evans Timoti Fosu Fosu-Mensah (2 yanvar 1998, Amsterdam) — Mançester Yunayted klubundan icarə əsasında İngiltərə Premyer Liqası təmsilçilərindən olan Fulhem klubunda mərkəz müdafiəçisi, müdafiəyə meyilli yarımmüdafiəçi və cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Fosu Mensah Amsterdamda anadan olmuşdur. Valideynləri isə Qana vətəndaşlarıdır. O, futbolçu karyerasına Ayaks klubunda start vermişdir. 2014-cü ildə isə İngiltərəyə gəlmişdir. Fosu Mensah Mançester Yunayted klubunun gənclərdən ibarət komandasında müxtəlif mövqelərdə — mərkəz müdafiəçisi, sol cinah müdafiəçisi və mərkəz yarımmüdafiəçisi mövqelərində çıxış etmişdir. O, peşəkar karyerasında debütünü 28 fevral 2016-cı ildə Arsenal klubuna qarşı oyunda etmişdir. Fosu-Mensah görüşün 55-ci dəqiqəsində Markos Roxonu əvəz etmiş və görüşü sol cinah müdafiəçisi kimi davam etdirmişdir. Premyer liqa görüşündə Yunayted rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. 19 oktyabr 2016-cı ildə o, Mançester Yunayted klubu ilə daha bir il uzadılması şərtilə 2020-ci ilə kimi uzunmüddətli müqavilə imzalamışdır.