Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toksin
Toksin (q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Bununla insan əli ilə yaradılmış sintetik zəhərli maddələr bu sinfə daxil sayılmır. Fizioloji funksiyaları süstləşdirən, hədəf orqanizmlərin xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə toksinlər zülal, polipeptid yaxud kiçik molekul ola bilir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin daha geniş yayılmışdır. Toksinlər ağız, dəri və ya tənəffüz yolu ilə qəbul edildikdə müəyyən bir dozada və müəyyən bir zaman anında bioloji sistemlərə zərər verən maddələrdir.
Tirolin kənd hekayəti (teleserial, 1992)
Chirolin Mura Monogatari ( Chirolin Mura Monogatari) — 6 aprel 1992-ci ildən 19 mart 1993 -cü ilə qədər NHK Educational TV telekanalında yayımlanan anime teleserialıdır. 170 seriya.