Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lotay Tserinq
Lotay Tserinq (dz. བློ་གྲོས་ཚེ་རིང་; 10 may 1969, Thimphu) — 7 noyabr 2018-ci ildən etibarən Butanın hazırkı Baş naziri və siyasətçi. == Həyatı == Tserinq 10 may 1969-cu ildə sadə bir ailədə anadan olub. Thimphu şəhərinin Daluxa kəndində böyüyüb. İlk təhsilini Punaxa Liseyində almış və Şerubtse Kollecini bitirmişdir. Banqladeşdəki Dakka Universitetinin nəzdindəki Mymensinq Tibb Kollecini bitirmiş və 2001-ci ildə magistr dərəcəsi almışdır. Banqladeşin Dakka şəhərindəki Banqabandu Şeyx Mucib Tibb Universitetində cərrahiyyə ixtisasını bitirmişdir. 2007-ci ildə ABŞ-nin Viskonsin Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının ona verdiyi maddi dəstəyin sayəsində urologiya təhsili aldı. Butana qayıtdıqdan sonra ölkəsində təcrübə keçən yeganə uroloq idi. 2010-cu ildə Sinqapurun Sinqapur Ümumi Xəstəxanasında və Yaponiyanın Okayama Universitetində endourologiya ixtisası üzrə kurs aldı.
Orqyen Tşerinq
Orqyen Vanqçuk Tşerinq (14 sentyabr 1999-cu ildə anadan olub) — Butan Milli Liqası təmsilçilərindən olan Timpxu Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Butan futbolçusudur. Tşerinq Butan milli futbol komandasında debütünü 13 iyun 2017-ci ildə 2019 Asiya Kubokunun təsnifat mərhələsinin üçüncü turunda Maldiv adaları millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Butan rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.