Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tramole
Tramole (fr. Tramolé) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38512. Kommunanın 2012-ci il üçün əhalisi 542 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 394 ilə 538 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Dalton Trambo
Daltron Trambo (ing. Dalton Trumbo; 9 dekabr 1905[…] – 10 sentyabr 1976[…], Los-Anceles, Kaliforniya) — ssenarist, yazıçı, rejissor. == Həyatı == Ceyms Dalton Trambo 1905-ci ildə Koloradoda anadan olmuşdur. Hələ məktəbdə oxuduğu illərdə yerli qəzetlərin birində müxbir kimi fəaliyyət göstərir və orada müxtəlif mülki təşkilatların işini işıqlandırırdı. O, hələ Kolorado Universitetində oxuyarkən də jurnalistlik işini davam etdirirdi. Trambo öz sənətini peşəkarlıq səviyyəsinə "Vogue" jurnalı ilə əməkdaşlığı zamanı çatdırmışdır. Onun ilk mətbu əsəri sosrealizm janrında yazılmış "Tutqunluq" idi və bu qəzet məhsulu Kolorado ştatının geridə qalmış sadə əhalisinin həyatından bəhs edirdi. Dalton Trambo kinematoqrafla 1936-cı ildən əlaqə saxlamağa başlasa da artıq XX əsrin 40-cı illərində o, Hollivudun ən tanınmış müəlliflərindən biri idi. Dalton Trambonun antihərbi romanı olan "Conni silah götürdü" əsəri 1939-cu ildə Milli ədəbi mükafat (National Book Award) qazanmışdır. Trambo 40-cı illərdə ABŞ-nin kommunist partiyasına qoşulmuşdur.
Ramlat-əs-Sabataym
Ramlat-əs-Sabataym (ərəb. رملة السبعتين‎) — Yəmənin şimalının mərkəz hissəsində yerləşən səhra. Səhra 26000 km² ərazini əhatə edir. 100×240 km ölçüyə sahibdir. Əsasən düzən relyefə malik olaraq, dyunlardan ibarətdir. Ərazisi al-Khavrdan Rub əl-Xali səhrasına qədər uzanır. Səhra Yəmənin Əl-Cauf, Marib və Şabva muxafazlarının ərazilərini əhatə edir.