Поиск по словарям.

OBASTAN VİKİ
Transaksiya xərcləri
Transaksiya xərcləri - mübadilə prosesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclərdir. İlk dəfə iqtisadi ədəbiyyatda transaksiya xərcləri termini Nobel mükafatı laureatı R.Kouz tərəfindən işlədilmiş və müasir institusional nəzəriyyədə geniş tətbiqini tapmışdır . Transaksiya xərclərinin 5 əsas növü mövcuddur: 1. İnformasiyanın əldə edilməsi ilə bağlı xərclər; 2. Müqavilələrin və danışıqların aparılması ilə bağlı xərclər; 3. Qiymətləndirmə və gözləmə effekti ilə bağlı xərclər; 4. Mülkiyyət hüququnun qorunması ilə bağlı xərclər; 5. Opportunist fəaliyyətlə bağlı xərclər. Transaksiya xərcləri mübadilə prosesinə qədər, mübadilə prosesində və ondan sonra baş verə bilər.
TransAsiya Hava Yolları reys 235
TransAsiya Hava Yolları reys 235 (GE235 / TNA235), TransAsiya Hava Yollarına aid ATR 72–600 tipli sərnişin təyyarəsinin Kinmen Havalimanına getmək üzrə 4 fevral 2015-ci il tarixində, Tayvanın paytaxtı Taybeydə olan Taybey Songşan Havalımanından havalanıb Kilung çayına düşməsi və 43 adamın həyatını itirməsi ilə nəticələnən aviasiya olayı. Qəza, təyyarədəki mühərriklərin birində problemin yaranması və pilotların digər mühərrikin qaz qolunu bağlamağı nəticəsində reallaşmışdı. 53 sərnişin və 5 ekipaj üzvü olmaqla cəmi 58 adam daşıyan təyyarədən 15 adam xilas ola bilmişdir. Təyyarə düşdüyü sırada çay üzərindəki körpüdə hərəkət edən bir taksiyə sağ qanadı ilə toqquşmuş və maşındakı 2 adam yaralanmışdı. Qəza anı 3 fərqli kamera qeydə alınıb. == Təyyarə == B-22816 quyruq nömrəsinə sahib olan ATR 72–600 tipli təyyarə, ilk uçuşunu 28 mart 2014-cü il tarixində reallaşmışdı. Şirkətə isə qəzadan on ay əvvəl 15 aprel 2014-cü il tarixində təslim edilmişdir. == Sərnişinlər və ekipaj == Təyyarə 53 sərnişin və 5 ekipaj üzvü ilə birlikdə havalimanından ayrılmışdı. Təyyarədəki sərnişinlər arasında 31 Çinli (3-ü uşaq) və 22 Tayvanlı var idi. Kapitan pilot qəzaya qədər ümumi 14.000 saat, köməkçi pilot isə ümumi 4.000 saatlıq uçuş təcrübəsinə sahib idi.