Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Triumph Films
Triumph Films (Tam adı:Triumph Releasing Corporation – Triumf Korporasiya Buraxılışı) – Əsası 1982-ci ildə qoyulan ABŞ kino istehsal edən şirkətdir.
Triumf
Triumf — Qədim Romada qalib gəlmiş sərkərdənin öz qoşunu və əldə edilmiş qənimətlərlə birlikdə dörd ağ at qoşulmuş arabada şəhərə daxil olması.
Trump
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. == Həyatı == === Ailəsi === Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Triumf Palas
Triumf Palas (rus. Триу́мф-Пала́с) — Moskvada yerləşən yaşayış binası. Triumf Palas, müxtəlif yüksəkliklərdən ibarət 9 kompleksdən ibarətdir. Ən hündür kompleksində antena 8 moduldan ibarətdir və hər birinin çəkisi 4-8 tondur. Onu yerləşdirmək üçün vertolyotdan istifadə edilərək 5-10 saat ərzində quraşdırılmışdır. Üstünlük xüsusiyyəti, tikilinin 53 metrlik antenası nəzərə alınmaqla 264.1 metr yüksəklikdə olan, 57 mərtəbəli tikili inşa edilmişdir. == Həmçinin bax == Avropanın ən hündür binalarının siyahısı Laxta-mərkəz Merkuri qülləsi == İstinadlar == == Xarici keçidlər == Vikianbarda «Триумф-Палас» ilə əlaqəli mediafayllar var. Rəsmi sayt Arxivləşdirilib 2018-10-10 at the Wayback Machine.
Arc de Triomphe
Zəfər tağı (fr. Arc de triomphe de l'Étoile) — Fransanın paytaxtı Parisdə yerləşən tarixi abidə. Şarl de Qoll meydanının (və ya Etual meydanı) ortasında, Yelisey çöllərinin qərbində yerləşir. Uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir. Tağ iki — şərq və qərb fasadlarından ibarətdir. Qövs şəkilli yuxarı hissəsində (bilavasitə damının altında) üzərində Napoleon Bonapartın zəfər yürüşlərinin adları həkk olunmuş otuz qalxan yerləşir. Qalxanlardan bir qədər aşağıda memarlar Fransua Rüd, Brun, Jorj Jake, Lait, Lui-Denis Kayluet və Bernar Syurra məxsus şərq fasadının üzərində fransız qoşunlarının yürüş səhnələri, qərb fasadında isə fransız qoşunlarının yürüşlərdən dönüş səhnələrinə aid dairəvi miniatür heykəl ansamblı yerləşir. Şərq fasadının sol tərəfində aşağıda Napoleonun zəfərinə, 1810-cu il sülhünə, yuxarıda 1759-cu ildə türk qoşunları üzərindəki qələbəyə — Əbukir döyüşünə, sol tərəfdə aşağıda Marselyeza və 1792-ci il könüllülərinə, yuxarıda 1795-ci ildə Avstriya ilə müharibənin qalibi general Marsonun ölümünə, sağ yan tərəfinin yuxarısında Austerlis döyüşünə həsr olunmuş barelyeflər yerləşmişdir. Tağın yan tərəfindəki girişlərinin divarlarında İmperator ordusunun zabitlərinin adları həkk olunmuşdur. Tağın üst platformasından Yelisey çöllərinin üzərindən Parisin Defens rayonunadək şəhərin panoramasını seyr etmək mümkündür.
Qalateyanın triumfu (Rafael)
Donald Trump
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. == Həyatı == === Ailəsi === Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Trump Tower
Tramp Tauer (Tramp qülləsi, ing. Trump Tower) — Nyu-Yorkda yerləşən və hündürlüyü 202 metr olan 68 mərtəbəli göydələn. Beşinci prospektdə, 56-cı küçə ilə kəsişmədə yerləşir. Qarışıq formatda istifadə olunur (ofislər, mağazalar, otellər, lüks mənzillər). Göydələn Donald Tramp və Equitable Life Assurance Company tərəfindən tikilib. Tikintisi 30 noyabr 1983-cü ildə başa çatdırılmışdır. 2006-cı ildə Forbes jurnalı Trump Tower-i 318 milyon dollar dəyərində qiymətləndirdi . 16 iyun 2015-ci ildə Donald Tramp öz qülləsində prezidentlik yarışına qatılacağını elan etmişdir. 9 noyabr 2016-cı ildə Donald Tramp Trump Towerdə ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini elan etmişdir. 2017-ci il yanvarın 11-də Tramp ABŞ-ın seçilmiş prezidenti kimi ilk mətbuat konfransını keçirib.
The Trump Organization
The Trump Organization (azərb. "Tramp Orqanizeyşn"‎) — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat. Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu. Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir. Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər. Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir. == Donald Trampın rəhbərliyi == Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.
Trump Tower Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel == Tarixi == Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. == Yerləşdiyi yer == Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.