Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trododonotus natrix
Adi suilanı (lat. Natrix natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Elis Trou
Elis Trou (ing. Elise Ashlyn Trouw, 27 aprel 1999, Nyuport-Biç[d], Kaliforniya) Amerikalı müğənni, bəstəkar və multi-instrumentalistdir. Trou 1999-cu ildə Kaliforniyada Cənubi Afrikalı ata və Nyu Yorklu bir ananın ailəsində anadan olub. Evanescence-in "My Immortal" əsərini ifa etmək üçün piano dərsləri almağa başladı.
Maks Brod
Maks Brod alman dilli yəhudi yazıçısı, tərcüməçisi və bəstəkarı olmuşdur. Onun yaratdığı ədəbi əsərlər böyük əhəmiyyət kəsb etməsə də, Frans Kafka və bəstəkar Leos Yanaçekin işlərinin geniş yayılmasında gördüyü işlərə böyük qiymət verilmişdir. == Həyatı == Maks Brod 1884cü ildə alman dilində danışan yəhudi ailəsində anadan olmuşdur. O Praqada yerləşən Karla-Ferdinand univeristetini bitirir. 1912-ci ildə sionizmə qurşanr, sonralar 1918-ci ildən "Yəhudi milli şurası"nın viçeprezidenti seçilir. 1902-ci ildə o Franç Kafka ilə tanış olur və onunla dostlaşır. Kafkanın sağlığında onun əsərlərinin çap olunmasında Brodun rolu böyük olmuşdur. Kafkanın vəfatından sonra onun əlyazmalarını çap etdiri və Kafkanın tərcümeyi halı haqqında kitab yazır. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Fələstinə köçür. Habima teatrı üçün əsərlər yazır.
Markinyos Trad
Marcos Marcello Trad (28 avqust 1964, Kampu-Qrandi) — braziliyalı siyasətçi və hüquqşünasdır, 2017-2022-ci illərdə Campo Grande şəhərinin meri olub. Hüquqşünasdır, Rio de Janeyro Federal Universitetini (UFRJ) bitirib. O, siyasətə 2004-cü ildə müşavir kimi başlayıb. O, 2006-cı ildə birinci müddətə dövlət deputatı seçilməzdən əvvəl, 2010 və 2014-cü illərdə yenidən seçilmədən əvvəl bələdiyyənin torpaq məsələləri üzrə katibi olub. 2016-cı ildə o, 241 876 etibarlı səslə ilk müddətə Campo Grande meri seçildi. Bir hüquqşünas kimi o, Braziliya Vəkillər Kollegiyasının Mato Grosso do Sul bölməsinin müşavir kimi üzvü, sonra Etika və İntizam Komitəsinə sədrlik edib. Dövlət İdman Ədalət Məhkəməsinə (TJD-MS) qoşuldu və ona rəhbərlik etdi. 2022-ci ilin yanvarında 2022 -ci il əyalət seçkilərində Mato Qrosso do Sul hökumətinə namizədlik elan edildi. Keçmiş federal deputat Nelson Trad və Terezinha Mandetta'nın oğlu, Campo Grande'nin keçmiş meri Nelson Trad Filho'nun qardaşı və keçmiş federal deputat Fabio Trad ; Rio de Janeyro Federal Universitetinin (UFRJ) Hüquq fakültəsini bitirmişdir. 2002-ci ilin dekabrında Tatyana Trad ilə evləndi və onunla Mariana və Alice Trad adlı iki qızı dünyaya gəldi.
Qrod adası
Qrod adası (bolq. остров Грод, ‘Ostrov Grod’ \'os-trov 'grod\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən cənubda yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 610 m, eni 200 metrdir. Robert adasından 130 m məsafədə yerləşmişdir. Ada Bolqarıstan hökmdarı Qrodun (6-cı əsr) adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 940 m cənub-qərbdə, Misnomer burnundan 810 m şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Troy Pina
Troy Beyker
Troy Edvard Beyker (ing. Troy Edward Baker; 1 aprel 1976, Dallas) — ABŞ səs aktyoru. Bir sıra video oyunlarda əsas personajları səsləndirmişdir. O, "BioShock Infinite"də Buker Devitti, "Infamous: Second Son"da Delsin Rounu, "The Last of Us"da Coeli, "Batman: Arkham Origins"də Cokeri və daha başqa personajları səsləndirmişdir.
Tred (informatika)
Tred (ing. thread) və ya axın — kompüter proqramında çoxaxınlılıqdan istifadə edən tapşırıq və ya proses. İnformatikada işin icrasının tredi adətən əməliyyat sisteminin bir hissəsi olan zamanlayıcı tərəfindən müstəqil şəkildə idarə oluna bilən proqramlaşdırılmış təlimatların ən kiçik ardıcıllığıdır. Əksər hallarda tred prosesin bir hissəsi olur. Müəyyən bir prosesin çoxsaylı tredləri eyni vaxtda yerinə yetirilə bilər (çoxaxınlılıq vasitəsilə), yaddaş kimi resursları paylaşa bilər, ancaq müxtəlif proseslər isə resursları paylaşmır. Xüsusilə, prosesin tredləri istənilən vaxt onun icra oluna bilən kodunu və dinamik olaraq yer ayrılmış dəyişənlərin və tredin özündə olmayan qlobal dəyişənlərin dəyərlərini paylaşır. Tredlərin və proseslərin həyata keçirilməsi müxtəlif əməliyyat sistemləri arasında fərqlənir. Endrü Tanenbaum "Müasir Əməliyyat Sistemləri" kitabında prosesin təşkilinin bir çox fərqli modellərinin mümkün olduğunu göstərir.
Trol ferması
Trol ferması və ya trol fabriki (ing. troll farm or troll factory) siyasi rəyə və qərar qəbul etmə prosesinə müdaxilə etməyə çalışan internet trollarının institutlaşmış qrupudur. Bəzən hökumətlər təbliğat yaymaq və tənqidçilərə hücum etmək üçün klaviatura ordularına mükafatlar, pullu ödənişlər edir. Hesabatalara görə, bu hökumətlər jurnalistləri sıxışdırmaq və mediayaya inamı sarsıtmaq, seçkilərə təsir etmək üçün pullu şərhçilərdən, trollardan və botlardan istifadə edirlər. Troll fermasının üzvləri sosial media və onlayn forumlarda əvvəlcədən müəyyən edilmiş mesajlarlarla, məqalələrlə doldurmaq, şərhlər yazmaq üçün saxta onlayn profillər yaradaraq fəaliyyət göstərən peşəkar qruplardır. Ödənişli əsasda sosial şəbəkələrdə trolluq etməklə məşğul olan şəxslər və ya səhifələr internet mühitində ölkələrə və ya milli, dini, irqi, cinsi və s. azlıqlara qarşı süni şəkildə formalaşdırılmış aqressiv kütlə görüntüsü və effekti yaratmağa çalışan qruplardan biri də hesab etmək olar. Trollar müəyyən bir siyasətçini tərifləmək və ya hökuməti tənqid edən birinə hücum etmək kimi öncədən planlaşdırılmış məqsədləri var. Onlar koordinasiyalı şəkildə işləyir, bir-birinin yazılarını paylaşır, şərh edir və geniş şəkildə paylaşılan viral bir baxış, mövqe illüziyası yaradırlar. Trolların fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır.
Rod-Aylend
Rod-Aylend (ing. Rhode Island) — ABŞ-də ştat. Sahəsinə görə ölkənin ən kiçik ştatıdır, ancaq əhalisinə görə 7 ştatı qabaqlayır. Əhali sıxlığına görə isə, ABŞ-nin ən sıx 6-cı ştatıdır. Mərkəzi Providens şəhəridir. Rod-Aylend ştatının ləqəbi "Okean Ştatı"-dır. Çünki bu ştat Atlantik okeanın sahilində yerləşir. Rod-Aylend ştatı, İngilislərə qarşı vuruşan 13 koloniyadan biri idi. Başlanğıcda, ştat iki hissədən ibarət idi: Ehtiyat plantasiyası (materik, ən böyük şəhər - Providens) və Rod Adası (ada, ən böyük şəhəri - Newport).
Rod Roddy
Robert Ray "Rod" Roddy (28 dekabr, 1937 – 27 oktyabr, 2003) — aktyor
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. == Yaradacılığı == === Filmləri === Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən) . === Qısa hekayələr === Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
DJ A-Tron
DJ A-Tron (ing. Aaron Williams, 10 aprel 1993, Los-Anceles, Kaliforniya), daha çox DJ A-Tron kimi tanınır — Amerikalı DJ, reper, radio aparıcısı, veb-şəxsiyyət, rekord prodüser, sahibkar və marketinq üzrə rəhbər..
Robert Tod Linkoln
Robert Tod Linkoln (ing. Robert Todd Lincoln 1 avqust 1843[…], Sprinqfild – 26 iyul 1926[…]) — Amerikalı hüquqşünas, iş adamı və siyasətçi. XVI ABŞ prezidenti Avraam Linkolnun oğlu. 1897-ci ildə Pulman şirkətinin prezidenti seçilmişdir.
Tron: İrs (film, 2010)
"Tron: İrs" 2010 il amerikan elmi-fantastik filmi. 1982 il "Tron" filminin davamı və Cozef Kosinkinin rejissor debütüdür. == Süjet == Kevin Flinnin 27-yaşlı oğlu Sem öz atasının itkinliyini araşdırarkən onun 25 il ərzində yaşadığı kiber-aləminə düşür. Həmin kiber-aləm isə qəddar proqramlar və qladiator oyunlarının məkanıdır. Orada Kevinə Kvorra adlı döyüş proqramı (Oliviya Vayld) kömək edir.
Slаvоnski-Brоd
Slаvоnski-Brоd — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brоdskо-Pоsаvskаya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (film, 2007)
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film. == Mövzu == 1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır. Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir.
Persea americana var. americana Synonym L TRO 2012-04-18
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
Arad
Arad (judets)
BSOD
Ölümün göy ekranı və ya BSOD (ing. Blue Screen of Death, Blue Screen of Doom, BSoD) — Microsoft Windows əməliyyat sistemi yüklənən zaman ekrana gələn göy fonda ağ yazılardır. Yəni kritik – düzələ bilməyən əməliyyat sistemlərindəki səhv. BSOD-un əmələ gəlməsinə səbəb çoxdur. Qısaqapanma nəticəsində sərt diskin sistem sektorlarının sıradan çıxmasından BİOS-da parametrlərində səhvə yol veriləsinə qədər və s. BSOD-un 3 növü mövcuddur: Microsoft Windows 95/98/Me ailəsi üçün, Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün və Microsoft Windows CE ailəsi üçün. BSOD ilk dəfə Windows версии 1.3 əməliyyat sistemində aşkar edilmişdir. == Növləri == BSOD məlumatlarının üç növü var: Microsoft Windows 95/98/Me ailəsi üçün Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün Microsoft Windows CE ailəsi üçün. Göy ölüm ekranı Windows əməliyyat sisteminin elə ilk versiyasında meydana çıxıb. Windows 8 versiyasından onu Black Screen Of Death əvəzləyir.
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Diod
Yarımkeçirici diod (yun. δις - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selen və germanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir. == Əsas funksiyaları == Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.
Drom
Drom (departament)
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Drozd
Drozd (ing. Drozd, rus. Дрозд), ən tanınmış aktiv müdafiə sistemlərindən biridir. Rusiya tərəfindən hazırlanmış və Əfqanıstan müharibəsində ilk dəfə istifadə edilmişdir. Əfqanıstan müharibəsi gedişatında 1983-cü ildə T-55A tanklarına quraşdırılmış bu sistemlər Əfqan mücahidlərinin idarəolunan tank əleyhinə raketlərinə və raket buraxıcı qurğularına qarşı müqavimət göstərə bilmək məqsədilə yaradılmışdır. Sistem 1977–78-ci illərdə A. Şipunovaya bağlı bir KBP dizayn bürosu olan Kompleks 1030M-01 tərəfindən kəşf edilmişdir. Drozd radarı 24,5 GHz Doppler radar siqnalları göndərərək tanka 70 ilə 700 m/s arasında bir sürətlə yaxınlaşan bir obyekt (raket və ya döyüş raketi) aşkar edə bilər. Daha sonra kompüter 107 mm diametrli bir raketi atışa hazırlayır. Tanka yaxınlaşan raket tankdan 7 metrlik məsafəyə gəldikdə, bu raket partlayır, parçalanma effekti ilə böyük qəlbələr atır və gələn raketi və ya idarə olunan raketi havada partladır. Əvvəlcə ön tərəfi 60° bucaq altında müdafiə edən sistem daha sonra inkişaf etdirildi və 120°-lik müdafiə təmin etdi.
Eros
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Erot
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.