Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tumanyan
Tumanyan, Allahverdi və ya Alaverdi — Ermənistan Respublikasında şəhər. Keçmiş Tumanyan rayonunun mərkəzi. Manas şəhərinin adının türk mənşəli olması heç bir şübhə doğurmadığından ermənilər ərazinin milli mənsubiyyətini dəyişmək məqsədilə şəhərin adını dəyişərək Allahverdi qoyublar və beləliklə də qədim tarixin daha bir səhifəsi kölgədə qalıb. Şəhər Tona (Debed) çayı sahilində yerləşir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1975-ci ildə 21,9 min əhalisi olub. Şəhər sovetinə Ağnər (dəyişdirilmiş adı Akner) kəndi də daxil idi. Hazırda əhalisinin hamısını ermənilər təşkil edir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası.
Hovannes Tumanyan
Hovannes Tumanyan (erm. Հովհաննես Թումանյան; 7 (19) fevral 1869[…], Dsex, Tiflis quberniyası[…] – 23 mart 1923[…], Moskva[…]) — erməni yazıçısı və şairi.
Tumanyan (dəqiqləşdirmə)
Tumanyan
Tumanyan rayonu
Allahverdi rayonu (1969–1995-ci illərdə Tumanyan rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon rayon. Mərkəzi Tumanyan şəhəri olmuşdur. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Tumanyan (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir.
Turançay Vadisində (1977)
Filmdə Turançaydan — Bozdağın ətəyində yerləşən Turançay qoruğundan danışılır.
Turançay vadisində (film, 1977)
Filmdə Turançaydan — Bozdağın ətəyində yerləşən Turançay qoruğundan danışılır.
Tufandağ
Tufandağ — Qusar və Qəbələ rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsindədir. Hündürlüyü 4191 m. Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır. Bu zirvə Böyük Qafqaz suayncı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. İl ərzində ən çox tufan və çovğun olduğuna görə ona Tufan adı verilmişdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Yağış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur.
Urancaq (Miyanə)
Urancaq (fars. اورنجق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (15 ailə).
Utancaq Mimoza
Utancaq Mimoza –noxud/paxlalılar fəsiləsinin Fabaceae cinsinə aid sürünən birillik və ya çoxillik çiçəkli bitkidir. O, tez-tez maraq dəyərinə görə yetişdirilir: mürəkkəb yarpaqlar toxunduqda və ya silkələdikdə içəriyə qatlanır və aşağı düşür, özlərini zərərdən qoruyur və bir neçə dəqiqədən sonra yenidən açılır. Böyük Britaniyada o, Kral Bağçılıq Cəmiyyətinin Bağçada Fəaliyyət Mükafatına layiq görülüb. == Haqqında == Bu bitkinin başqa bir adı "Küstüm" bitkisi adlanır. Bu çoxillik ot həssas bitki kimi də tanınır və ya yarpaqları çox həssas olduğu üçün mənə toxunmayın. Yarpaqlar toxunma, istilik, zərbə və hətta sarsıntı kimi müxtəlif stimullara bağlanaraq və ya içəriyə qatlanaraq cavab verir. Bir neçə dəqiqədən sonra yenidən açılır. Bu cür hərəkətlərə suyun hücrədən daxil və xaricə hərəkəti nəticəsində yaranan seysmonastik hərəkətlər deyilir. Vətəni Cənubi və Mərkəzi Amerika olsa da, indi pantropikdir.
Tufandağ (dağ-xizək kompleksi)
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti. Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.