Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tutuquşular
Tutuquşular (lat. Psittacidae) — tutuquşukimilər dəstəsinə aid quş fəsiləsi. Tropik ölkələrdə yayılmış, növlərlə zəngin, tutuquşu dəstəsi qapalı bir qrupdur. Onların bədən quruluşu və digər quşlardan kəskin fərqi bu qrupun qədim mənşəyini göstərir. Tutuquşuların xarici görünüşü çox xarakterikdir. Onlar sıx bədən quruluşuna sahibdirlər, qısa boyun və böyük baş, güclü gaga ilə təchiz olunmuşdur. Üst və alt çənələrin kənarları adətən dalğalı əyilmiş, bəzən üst çənədə daha çox və ya daha az aydın diş var. Üst çənə kəllə sümüyünə hərəkətli şəkildə bağlıdır. Öz növbəsində, alt çənə bir qədər geri və irəli hərəkət edə bilir. Tutuquşu da başqa quşlar kimi quş yemi və toxum yeyir.
Karolin tutuquşusu
Karolin tutuquşusu (lat. Conuropsis carolinensis) — karolin tutuquşusu cinsinə aid quş növü.
Sultan tutuquşusu
Nymphicus hollandicus (lat. Nymphicus hollandicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin korellalar cinsinə aid heyvan növü. Sultan tutuquşusu yanaqlarındakı narıncı (qulaq bölgəsindəki) tüklərdən ayırd edilir. Bu tüklər tünd rəngdədirsə quşun erkək, açıq rəngdədirsə dişi olduğunu göstərir. Ümumiyyətlə, erkəklərin göz ətrafındakı tükləri ağdır, amma dişilərdə sarı və digər rənglərdə ola bilər. Ortalama həyat müddəti: Təxminən 10-15 ildir. Başdan quyruğunun ucuna qədər uzunluqları 25-35 sm-dir. Qanadları açıq vəziyyətdə uzunluqları 25-30 sm-dir. Günəbaxan, quru əncir içi, armud, albalı v. b qidalarla qidalanırlar.