Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unalaşka adası
Unalaşka (ing. Unalaska, aleut. Nawan-Alaxsxa) — Tülkü adaları qrupuna daxil olan ada, Aleut adaları arxipelaqının mərkəzində yerləşir. Rusiya-amerikan şirkətinin iri mərkəzlərindən biri olmuşdur. Adanın sahəsi 2721 km² təşkil edir. Ən hündür nöqtəsi Makuşin vulkanıdır ki, hündürlüyü 2036 metrdir. Unalaşka şəhəri adanın böyük qismini və Amaknak adasının bir hissəsini tutur. == Etimalogiya == «Unalaşka» — Aleut dilində özlərinə verdiyi adla bağlıdır. == Tarixi == 1763-ci ildə ada Aleutların Tülkü adalarındakı üsyanının mərkəzi olmuşdur. XIX əsrin əvvəllərində Kapitan buxtasında Unalaşka qəsəbəsi salınır.