Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ualli
Ualli – Manna dövlətinin bizə məlum olan beşinci hökmdarı, hökmdar Ahşerinin oğlu. Ualli atası üsyançılar tərəfindən öldürüldükdən sonra hakimiyyət gəlmişdir. O, Ahşeridən fərqli olaraq Assurla olan münasibətləri qaydaya salmağa çalışmış, oğlu Erisinini və qızını Assur hökmdarına girov göndərdi. Buna cavab olaraq Aşşurbanipal Mannaya özünün sülh elçisini göndərmişdi. Aşşurbanapalın "B silindri"ndəki kitabəsində Uallinin hakimiyyətə gəlməsi haqqında deyilir: "[Aşşur və] İştar mənim hökmdarlığıma hörmət etməyən Ahşerini onun qullarının əlinə verdilər. Onun [ölkə adamları] ona garşı qiyam qaldırdılar və onun meyitini küçəyə atdılar.
Arallı
Arallı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər. == Tarix == 2019-cu ildə, Böyük Arallı və Kiçik Arallı kəndləri birləşdirilərək, şəhər statusu almışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,261 nəfər yaşayır (913 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Ucarlı
Ucarlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Ucarlı oyk. Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini Ucardan gəlmiş ailələr saldığı üçün belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 99 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ulaşlı
Ulaşlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Ulaşlı Şıxlı — Azərbaycanın Göyçay rayonunda kənd. Ulaşlı (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Sallı
Sallı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, «Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə» yerləşir. 1828-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Salçı kimi, Qafqazın 5 verstlik xəritəsində Sallı formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin ilk adı Sal formasında göstərilir. Toponim sal qədim türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «sal tayfasının yaşadığı yer» mənasını bildirir. Etnotoponimdir. Qurulşca düzəltmə toponimdir.1728-ci ildən mə’lumdur. Mənbədə qeyd olunur ki, kəndin əhalisi şiə (qızılbaş) olduğuna görə köçüb getmişdir. Sonra ora başqa elə məxsus azərbaycanlı ailələr və XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər məskunlaşmışlar. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Uçalı
Uçalı — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Yallı
Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir. Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur.
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Sufalı (Çaldıran)
Sufəli (fars. صوفعلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (17 ailə).
Tufanlı Yoxuşlar
Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır. Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir: O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.
Ulaşlı (Qubadlı)
Ulaşlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Kavdadıq kənd Sovetinin mərkəzi Ulaşlı kəndinə keçirilmiş və kənd Soveti Ulaşlı kənd Soveti adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarlann Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəlmişlər.
Ulaşlı (Sarvan)
Ulaşlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ulaşlı Şıxlı
Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.
Uzarlı (Urmiya)
Uzarlı (fars. ‎اوزرلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (62 ailə).
Uçaklı (Arxangel)
Uçaklı (başq. Уҫаҡлы, rus. Усаклы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 28 km, kənd sovetliyindən (Bakaldı): 15 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (49%), ruslar (40%) üstünlük təşkil edir.
Uşaqlı dağı
Uşaqlı dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1428,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən Çaşırdağ ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 3,4 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin aşağı hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Çaşırdağ sinklinalın cənub-qərb qanadında yerləşir.
Verxniy Ufaley
Verxniy Ufaley — Rusiya Federasiyasında yerləşən şəhər, Çelyabinsk vilayətinə daxildir.
İnallı (Nir)
İnallı (fars. ايناللو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (47 ailə).
Trallı Anfimi
Trallı Anfimi (q.yun. Ἀνθέμιος ὁ Τραλλιανός; təq. 474 – təq. 534, Konstantinopol) — Bizans riyaziyyatçısı. Miletli İsidor ilə birlikdə Konstantinopolda Ayasofiya kafedralını inşa edən memar . Trall şəhərində (müasir Türkiyənin Aydın şəhəri) həkim Stefanın ailəsində anadan olub. Anfiminin dörd qardaşı var idi: Trallda həkim olmuş Dioskor, dövrünün ən məşhur həkimlərindən biri olan İskəndər, Roma hüququ üzrə mütəxəssis Olimp və Konstantinopolda yaşamış görkəmli qrammatik Metrodorus. Anfimi daha çox Konstantinopoldakı Müqəddəs Sofiya katedralinin (532–537-ci illərdə tikilib) memarlarından biri kimi tanınır. Dar şəhərində qoruyucu bəndlərin (damba) təmiri ilə də məşğul olub. Bacarıqlı bir riyaziyyatçı olan o, Müqəddəs Sofiya kafedralinin dizaynı üçün əla hazırlıq olan konus kəsikləri haqqında kitab yazmış və xüsusilə ərəb riyaziyyatçısı İbn əl-Heysəmin qeyd etdiyi güzgü sistemlərinin icmalını yazmışdır.
Allı
Allı (Əhər) — İranda kənd. Allı (Allıçay) — Xocavənd rayonunda çay.
Kalkan (Uçalı)
Içmanqol (başq. Ҡалҡан, rus. Калканово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 26 km, kənd sovetliyindən (Uçalı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 18 km.
Kaluy (Uçalı)
Kaluy (başq. Ҡалуй, rus. Калуево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 58 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 2 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Kayıpkol (Uçalı)
Kayıpkol (başq. Ҡайыпҡол, rus. Каипкулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Yeni Bayramqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 63 km, kənd sovetliyindən (Yeni Bayramqol): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 68 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Kazakkol (Uçalı)
Kazakkol (başq. Ҡаҙаҡҡол, rus. Казакку́лово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Afatli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. == Toponomik izahı == XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
Gülallı
Gülallı (keçmiş adı: Qurudərə) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi adlandırılməşdır. == Toponimikası == Gülallı kəndi dağlıq ərazidədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 133 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dalli
Ualki
Hualqui - Çili şəhəri. Ərazisi 531 km². Əhalisi 20.660 nəfərdir (2002).
Valli
Valley- Angilyanın paytaxtı.bu şəhərin 1.169 nəfər əhalisi var.
Falpi
Falpius (q.yun. Θάλπιος) — "İliada"nın qəhrəmanlarından biri. Əslən Elidadandır. Evrit və Ferefonun oğlu olmuş, Yelenanın nişanlısı idi. Troya müharibəsinin iştirakçısı olan o, Troyaya 10 gəmi gətirmişdir. Troya atında oturmuşdur.