Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enfild
Enfild (ing. Anfield) — İngiltərənin Liverpul şəhərində yerləşən futbol stadionu. UEFA-dan 4 ulduz almış stadionlardandır. Məşhur ingilis klubu "Liverpul" bu stadiona ev sahibliyi etməkdədir. Stadion 45.362 nəfərlik yer tutumuna malikdir. Stadion haqqındakı ən maraqlı qeydlərdən biri, "Liverpul" klubunun "Enfild"i deyil də "Enfild"in "Liverpul"u inşa etmiş olmasıdır. 1884-cü ildə inşa edilən stadionu ilk 8 il "Everton" futbol klubu işlədib. 1892-ci ildə "Enfild" stadionunun sahibi Con Houlding ilə icarə haqqında münaqişə çıxınca "Everton", "Enfild" Stadionunu tərk etdi və "Qudison Park"a köçdü. Əlində böyük bir boş stadionla qalan Con Houlding də Liverpul futbol klubunu qurdu.
Karl Şefold
Karl Şefold (alm. Karl Schefold‎; 26 yanvar 1905, Heilbron[d] – 16 aprel 1999, Bazel) — İsveçrə klassik arxeoloqu. == Həyatı == Ştutqartda orta məktəbi bitirdikdən sonra Tübingen və Heydelberq Universitetlərində, sonra Yena Universitetlərində antik dövr üzrə təhsil almış və 1930-cu ildə Marburq Universitetində (elmi direktor Paul Yakobstal) doktorluq dərəcəsi alıb. Roma və Afinadakı alman arxeologiya institutlarında işləmiş, qazıntılarda iştirak etmişdir. 1935-ci ildə İsveçrənin Bazel şəhərinə mühacirət etdi və burada klassik arxeologiya üzrə təhsil aldı. 1953-cü ildə kafedranı qəbul etmişdir. O, Almaniya, Avstriya və ABŞ arxeologiya institutlarının, habelə Bavariya və Britaniya Elmlər Akademiyasının üzvü (sonuncunun 1976-cı ildə müxbir üzvü) olmuşdur. 1935-ci ildən Karl fon den Ştaynenin qızı Marianna ilə evləndi. Oğullarının üçü də professor oldu.
Ralf Uold Emerson
Ralf Uold Emerson (25 may 1803[…], Boston – 27 aprel 1882[…], Konkord[d], Massaçusets) – Amerika yazıçısı və filosofu, Transsendentalizm fəlsəfi hərəkatının banisi. Baxışları ziddiyyətli kimi qəbul edilir. Ona Platon və ya yeni platonçular – Göte, Karleyl, ingilis romantik şairləri U.Vordsvort və S.Kolric, həmçinin Şərq mistikləri təsir göstərmişdir düşünürlər. E-un T-inə görə "fəlsəfənin əbədi problemi" Ruh və Materiyanın münasibətlərindən ibarətdir. O bu problemi idealist kimi həll edir: "Təbiət ruhun rəmzidir". Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır. Qnoseologiyada isə Emerson İntuitivizmə yaxın olmuşdur; seyr, sonra isə intuisiya və vəcdəgəlmə şeylərin mahiyyətinə nüfuz etməyin ən yaxşı üsullarıdır. Dünyada hər yerdə gözəllik mövcuddur; harmoniya, kamillik və mənəvilik gözəlliyin əsas cəhətləridir. "Gözəlliyi yaratmaq sənətdir, incəsənətdir". Emersona görə tarixdə həlledici rol böyük adamlara xasdır (və ümmumiyyətlə "bütün dərin biliyə nüfuz etmək, fərdiyyətçiliyin nəsibidir"); onlar cəmiyyətin, şəxsiyyətin əxlaqi təkmilləşməsindən ibarət tərəqqisinə kömək edirlər.
Cənubi Alföld
Cənubi Alföld (mac. Dél-Alföld) — Macarıstanın Baç-Kişkun, Bekeş, Çonqrad medyeləri daxil olmaqla statistik (NUTS 2) regionu. Regionun sahəsi 18 339 km². (Macarıstan ərazisi baxımından ən böyük region), Serbiya ilə sərhəddədir. Əhalisi 1,308,470 nəfərdir (2011 məlumatları). 2001-ci ildə işsizlik səviyyəsi 5,6% olmuşdur. Regionun ən inkişaf etmiş bölgələri kənd təsərrüfatı və yeyinti sənayesidir. Turizm həmçinin region iqtisadiyyatının güclü və perspektivli tərəfidir. Cənubi Alföld su ehtiyatları ilə zəngindir, Tisza, Maroş, Tuna çayları regiondan axır. Regionda uzun müddət atçılıq və at sürmə ənənəsi var.
Şimali Alföld
Şimali Alföld (mac. Észak-Alföld) — statistik (NUTS 2) Macarıstan regionu, Xaydu-Bixar, Yas-Nadkun-Solnok, Sabolç-Satmar-Bereq medyeler daxildir. Şimal-qərbdə Ukrayna , cənub və cənub-qərbdə Rumıniya ilə sərhəddir . Regionun sahəsi — 17729 km² (Şimali Alfölddən sonra ikinci ən böyük sahəsi). Əhalisi — 1,481,922 nəfərdir (2011-ci ilin məlumatları). Şimali Alföld Macarıstanın ən iqtisadi zəif bölgəsi sayılır. Xüsusi vergi və sənaye zonalarının yaradılmasına baxmayaraq, infrastrukturun olmaması səbəbindən bölgədə investisiyaların həcmi artmır. 2001-ci ildə işsizlik səviyyəsi 7,5% olmuşdur. Şimali Alföldin əsas hissəsi əkinçilikdə istifadə olunur, regionda inkişaf etmiş bir dərman sənayesi var. Şimali Alfölddə ən diqqət çəkən yerlərdən biri Xortobad Milli Parkıdır.