Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ulucay Akif
Ulucay Akif oğlu Məmmədov (14 may 1995; Bakı, Azərbaycan) — azərbaycanlı yazıçı, şair, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Ulucay Akif 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub. Mərhum şair Akif Səmədin oğludur. 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Lucky Dime Caper
Lucky Dime Caper — 1991-ci ildə Sega oyun şirkəti tərəfindən yaradılan videooyun. Həcmi 8 bitdir. == Süjet == Bu oyun Donald Dak, onun bacısı oğlanları Hyui, Dyui və Lui və dayısı Skrucun macəralarından söhbət açır. Onlar Skrucun bankındakı kabinetində toplaşırlar. Skruc öz ilk 10 sentini göstərir. Sən demə, Magika de Spell hamısını güdürmüş. Onun ən böyük arzusu həmin qəpiyi ələ keçirmək idi. Onun qarğa görkəmli qardaşı Poe gəlib uşaqları oğurlayır. Daha sonra isə bacı oğlanlarını xilas etmək üçün Donald dünya səyahəti missiyasına göndərilir.
My Lucky Day (DoReDos mahnısı)
My Lucky Day (azərb. Mənim uğurlu günüm‎) — Moldovanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. DoReDos qrupu "My Lucky Day" mahnısı ilə Moldovanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı rus müğənni və bəstəkar Filipp Kirkorov və 2013-cü ildə Azərbaycanın, 2014 və 2016-cı illərdə Rusiyanın və 2017-ci ildə Yunanıstanın Avroviziya mahnıları üzərində işləyən söz yazarı Con Ballard tərəfindən bəstələnmişdir.
Ulluçay
Ulluçay (və ya Uluçay) — Dağıstanın Dahadayev, Qaytaq və Dərbənd rayonları ərazisindən axan çay. Kokmadağ silsiləsinin şimal-qərbində yerləşən bulaqlardan öz başlanğıcını götürür və Xəzər dənizininə tökülür (Segelər kəndi). Əsasən yer altı sularla qidalanır. Yay və qış ayları suyunda azalma müşahidə edilir. Ən böyük su sərfiyyatı yağışlardan sonra müşahidə edilir. Sel gələrkən yatağından çıxması müşahidə edilir. İllik su sərfiyyatı — 4,83 m³/s, maksimal isə — 366 m³/s təşkil edir. Əsas qolları: Kunki, Anklyuqlyuçay, Civus, Nalaxu, Şurxla və b. Çayda araşdırma işləri Məcəlis və Bərəkəydə aparılır. Suyu aktiv şəkildə əkinçiliyə cəlb edilir.