Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stripped (mahnı)
Stripped (ingilis dilindən – «Soyunmuş») — Böyük Britaniya elektronik musiqi qrupu olan "Depeche Mode" mahnısı. Mahnı musiqi qrupunun beşinci studiya albomunu olan «Black Celebration» (1986) albomunun baş sinqlıdır və ilk dəfə 10 fevral 1986-cı ildə "Mute Records" vasitəsilə buraxılmışdır. Musiqi qrupunun əsas yazıçısı Martin Qor tərəfindən yazılan «Stripped» "məşum və intriqaçı pop mahnısı" kimi izah edilmişdir. Mahnının instrumentalında müxtəlif səs nümunələri var. Bunların ən diqqət çəkəni olan dayanmış vəziyyətdə olan motosikl mühərrikinin səsi bir az dəyişdirilərək zərb elementi olaraq istifadə edilmişdir. Bu, musiqi qrupunun dalbadal şəkildə "UK Top 20" musiqi çartına daxil olan altıncı sinqlı idi və 15-ci yeri tutmuşdur. Mahnı Almaniya çartlarında dördüncü yeri tutmuş, Finlaniya, İsveç və İsveçrə çartlarında isə ilk onluğa daxil olmuşdur. Almaniya metal musiqi qrupunu olan "Rammstein" 1998-ci ildə mahnının kaver versiyasını "Depeche Mode" üçün nəzərdə tutulmuş «For the Masses» tribüt-albomunun bir parçası kimi buraxmışdır. Mübahisə doğuran bir klipə malik olmasına baxmayaraq, mahnı Almaniya çartlarında on dördüncü yeri tutmuş və "Depeche Mode" musiqi qrupunun üzvləri tərəfindən təriflənmişdir. == Trek siyahısı == Bütün mahnılar «Black Day» (Qor, Uaylder, Miller) istisna olmaqla Martin Qor tərəfindən yazılmışdır.