Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unthinkable əməliyyatı
Ağlasığmaz əməliyyatı (ing. Operation Unthinkable) – 1945-ci ilin yazında Uinston Çörçill və İngilis Baş Qərargahı tərəfindən Baltikdən Adriatikaya kimi bölünən Avropanın digər yarısını SSRİ işğalından azad etmək üçün hazırlanan məhdud müharibə planı. Əməliyyat planına görə görə qitədəki Amerika, Fransa, İngilis qüvvələri silahlandırılacaq, Alman əsirləri və bəzi polyaklar Şərqi Almaniya sərhədindən başlayaraq Sovet qüvvələrini şərq tərəfə qovacaq və ABŞ-nin nüvə təhdidi ilə SSRİ müharibədən əvvəlki sərhədlərinə qaytarılacaqdı. Bu əməliyyat rəsmi olmasa da, sonrakı illərdə qurulmuş Qərbi Avropa müdafiə planlarının özəyi olmuşdur. İmperialist qərb dünyasının İngiltərənin rəhbərliyi altında Nasist Almaniyasına qarşı birlikdə mübarizə apardıqları müttəfiqləri Sovet İttifaqının həddindən artıq güclənməsinə qarşı hazırlanmış əməliyyat planı belə idi: 47 İngilis və Amerika birliyi, yenidən silahlandırılmış 12 Alman birliyi, Polşa qoşunları ilə birlikdə Avropanın şimal-qərbində Sovet İttifaqına qarşı müharibəyə başlamalı idi. Müharibə əgər başlasaydı uzun və bahalı bir müharibə olacaqdı. Üstəlik, bütün bunlara qarşı müharibənin uğurlu olması da məlum deyildi. Winston Churchillə görə bu plan təhlükəsizlik tədbiri idi. Sovet ittifaqı, əldə etdikləri kəşfiyyata uyğun olaraq artıq öz tədbirini əvvəlcədən görmüşdü. Georgi Konstantinoviç Jukovun komandanlığı altında, Şərqi Almaniyadakı Qırmızı Ordu qüvvələri müdafiəni gücləndirəcək və qərb müttəfiqlərini yaxından təqib edəcəkdilər.