Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unreal Engine
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Anna Nevil
Anna Nevil (ing. Anne Neville) (d. 11 iyun 1456 – ö. 16 mart 1485) — İngiltərə kralı III Riçardın xanımı, İngiltərə kraliçası. İngiltərə taxt-tacı uğrunda Lankaster və York ailələri arasında çıxan Gül müharibəsində mühüm rol oynamış Nevil ailəsinin üzvü olan Anna Nevilin ilk evliliyi atasının planı əsasında baş tutdu. IV Eduarda qarşı üsyan çıxaran atası Riçard Nevil Lankasterləri dəstəkləməyə başladı və yeni müttəfiqlərinin taxt namizədi olan VI Henrinin yeganə oğlu Vestminsterli Eduardla qızını evləndirdi. Bu nikah səbəbilə Uels şahzadəsi ünvanı alan Anna Nevilin ilk evliliyi çox çəkmədi. Vestminsterli Eduard 1471-ci ilin mayında döyüş meydanında həlak oldu. York kralı IV Eduardın səltənətini yenidən bərpa etməsinin ardından Anna Nevil bağışlanaraq Londona geri çağırıldı və kralın kiçik qardaşı olan Qloçester hersoqu Riçardla evləndi. Üstəlik bacısı İzabella Nevil də kralın digər qardaşı Klarens hersoqu Corcla evli idi.
Jan Nuvel
Jan Nuvel - fransız memarı. == Həyatı == Jan Nuvel 1945-ci ildə Fransanın cənubunda Fümel şəhərində anadan olub. Təhsilini Parisdə alan memar 1972-ci ildə peşəkar fəaliyyətə başlayıb. 1991-ci ildə Fransa Memarlıq İnstititunun vitse-prezidenti, 1993-cü ildən isə Amerika Memerlar İnstititunun fəxri üzvüdür. Onun "Ateiler Jean Nouvel" bürosu bütün dünyada tikilən binalar üçün layihələr verir. J. Nuvelin işləri əsasən muzeylər, mətbuat mərkəzləri, konsert zalları, ofis komlpleksləri və yaşayış binalarından ibarətdir. Onun ən məşhur layihələri isə Parisdə Kartye Fondunun mərkəzi qərargahı (Fondation Cartier) və Ərəb Dünyası institutu (İnstitut Di Monde Arabe), Lionda Opera Teatrı və Lüserndə konsert zalıdır.
Sesilya Nevil
Sesilya Nevil (ing. Cecily Neville) (d. 3 may 1415 - ö. 31 may 1495) — 3. York hersoqu Yorklu Riçard xanımı, İngiltərə kralları olan IV Eduard və III Riçardın anasıdır. Durham bölgəsindəki Rabi qalasında dünyaya gəlmiş, bu səbəblə "Rabinin Gülü" olaraq adlandırılmışdır. Əri olan Yorklu Riçard York sülaləsinin İngiltərə taxtındakı ən güclü namizədi və 1460-cı ildəki vəfatına qədər Gül müharibəsinin önəmli obrazlarından idi. Ərinin vəfatının ardından mübarizəni davam etdirən oğlu Eduard 1461-ci ildə VI Henrinin taxtdan endirilməsi ilə krallığı əlinə aldı. Beləcə, Sesilya Nevil İngiltərə kraliçası olmaq yerinə dul York hersoqinası olaraq qaldı.
Ubisoft Anvil
Anvil engine (azərb. Zindan mühərriki‎, 2009-cu ilə qədər Scimitar engine) — "Ubisoft Montreal" tərəfindən hazırlanan oyun mühərriki.
Unreal Engine 3
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Anvil (oyun mühərriki)
Anvil engine (azərb. Zindan mühərriki‎, 2009-cu ilə qədər Scimitar engine) — "Ubisoft Montreal" tərəfindən hazırlanan oyun mühərriki.
Neil Adams
Neil Adams (d. 27 sentyabr, 1958) — İngilis cüdoçu. Cüdo üzrə çoxsaylı Olimpiya və Dünya Çempionatı medallarını qazanmışdır.
Black Veil Brides
Black Veil Brides, Hollywood, Kaliforniyada yerləşən Amerika rok qrupudur. 2006-cı ildə Cincinnati, Ohio şəhərində təşkil edilən qrup, hazırda Andy Biersack (aparıcı vokal), Ashley Purdy (bas, dəstək vokalları), Jake Pitts (qurğuşun gitarası), Jinxx (ritm gitara, skripka) və xristian "CC" Coma (zərb alətləri)ibarətdir. Black Veil Brides'in Kiss qrupunun 1980lerdeki glam metal hərəkətlərindən təsirləndikləri bilinir. == Tarixçə == === İlk illər, müqavilə və ilk albom (2006–2010) === Black Veil Brides 2006-cı ildə Andy Biersack (vokal), Johnny Herold (gitara) və Phil Cenedella (bas) tərəfindən Delhi, Ohio da təsis edilmişdir. Bir müddət sonra qrup MySpace vasitəsilə Nate Shipp (gitara) və Chris Riesenberg (baraban) ilə əlaqə saxladı və Nate və Chris qrupa daxil edildi. İlk mahnısı "Knives and Pens" ilə tanınan Black Veil Brides"ın ilk musiqi videosu YouTube'da 59,146,700-dən çox izlənildi. 2009-cu ilin noyabrında David "Pan" Burton qrup içindəki qarşıdurmalar səbəbiylə qrupdan ayrıldı. Tezliklə Chris qrupa "Hollywood" Bluser gitaristi kimi qatıldı. Biersack Myspace-də nümayiş olunan demoların müəllifidir. Black Veil Brides demoları dərc olunduqda Pan, öz qeydlərinin da bu demoda olduğunu qarşıya qoydu və mahnıları qrupa qatılmadan əvvəl yazmış olduğunu söylədi.
Üveit
Üveit – gözün orta hissəsinin iltihabıdır: qüzehli qişa, kirpikli cisim (siliar), xorioid və şüşəvarı cisim.
Lünevil (rayon)
Lünevil (fr. Lunéville) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mört və Mözel. Suprefektura — Lünevil. Rayon əhalisi 2006-cı ildə 78 137 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 54 nəf / km². Rayon sahəsi — 1451 km².
Sühəyl Ünvər
Sühəyl Ünvər (türk. Süheyl Ünver 1898[…], Konstantinopol – 14 fevral 1986, İstanbul) — Türkiyə yazıçısı və həkimi. Ünvər xeyli sayda roman və hekayələr müəllifidir. == Həyatı == Sühəyl Ünvər 1898-ci il fevralın 17-də İstanbulda anadan olub. İlk təhsilini "Medresetü'l-Hattatin"'də almış, burda xəttatlığı öyrənmişdi. Gənc Sühəyl türk ornament miniatür sənəti ilə məşğul idi. "Darülfün"də Tibb Fakültəsində təhsil almış, 1920-ci ildə onu bitirmişdir. 1927-1929-cu illərdə daxili xəstəliklər üzrə tibb ixtisasını Paris Universiteti Tibb Fakültəsində tamamlamışdır. 1930-cu ildə Tibb Fakültəsi Müalicə Klinikasında Farmakodinamikanın dosenti vəzifəsində çalışmışdır. Gureba və Haseki xəstəxanalarında, Sənaye Məktəbində həkim köməkçi olaraq işləmişdir.
Fəal nüvəli qalaktikalar
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon M ⊙ {\displaystyle M_{\odot }} (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər.