Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzunayaqlılar
Uzunayaqlılar (lat. Tipulidae) – uzunbığlılar yarımdəstəsinə aid həşərat fəsiləsi. İkiqanadlıların başqa fəsilələri ilə müqayisədə daha iri və qeyri_adi dərəcədə uzun, nazik, kövrək ayaqları olan həşəratlardır. Onların yalayıcı-sorucu ağız aparatı heyvanların və insanların dərisini deşməyə qabil deyil. Uzunayaqlıların sürfələri nəm torpağın üst qatında yaşayır. Bəziləri saprofit, digərləri isə fitofaq olub, bostan və başqa bitkilərin torpaqdakı kökünü gəmirməklə onlara ziyan vururlar. Onlar digər ikiqanadlılara nisbətən daha yavaş və ağır uçurlar. Adətən bir neçə metrdən uzağa uçmayaraq, yenidən aşağı enirlər. Talışda 8, Gəncə zonasında 23, Böyük Qafqazda 2 növü qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikası faunasında 13 növü müəyyən edilmişdir.
Uzunayaqlar
Uzunayaqlar (lat. Scincidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Uzunayaq ssink
Uzunayaq ssink və ya Şneyder kərtənkələsi (lat. Eumeces schneideri) — Uzunayaqlar fəsiləsinə Uzunayaq ssink cinsinə aid kərtənkələ növüdür. Növün latın adı alman naturalisti Yohan Qotlob Şneyderin şərəfin adlandırılıb. İri kərtənkələ olaraq bədəni uzunluğu erkək fərdlərdə 165 mm-ə, dişilərdə 155 mm-ə çatır. Çəkisi 90 q-dır. Bədəni hamar pulcuqlarla örtülüdür. Bədəni üst tərəfdən qəhvəyi, qəhvəyi-boz və ya zeytunu-boz rəngdə olur. Bədənin yanları ilə narıncı, çəhrayı-qırmızı və ya qırmızı rəngli zolaq uzanır. Xalları olmayan, eynirəngli fərdlərə də rast gəlinir Qarın tərəfinin rəngi sarı və ya ağ olur. Onlar əsasən ön dağıq və yüksək dağlıq ərazilərdə yayılmışdır.
Uzunayaq sçink

Uzunayaq sçinklər
Uzunayaq sçinklər (lat. Eumeces) — Uzunayaqlar fəsiləsinə aid cins. Cinsə 4–5 növ daxildir. Onlar əsasən Şimali Afrika, Ön Asiya, Cənubi Qafqaz, Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistan ərazilərində yayılmışdır. Uzunayaq sçinklər orta ölçülərə və kifayət qədər iri olurlar. Pulcuqları hamar və gözəldir. Onlar təhlükə zamanı asanlıqla quyruğunu atır. Eumeces cinsinə aşağıdakı növlər daxildir: Eumeces algeriensis — Əlcəzair uzunayaq sçink Eumeces blythianus Eumeces indothalensis Eumeces schneideri — Uzunayaq sçink Plestiodon: A replacement name for most members of the genus Eumeces in North America. Arxivləşdirilib 2007-03-16 at the Wayback Machine Molecular studies on the genus Eumeces Wiegmann, 1834: phylogenetic relationships and taxonomic implications. Arxivləşdirilib 2011-05-18 at the Wayback Machine A cladistic evaluation of the cosmopolitan genus Eumeces Wiegmann (Reptilia, Squamata, Scincidae).