Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzuntəpə
Uzuntəpə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Uzuntəpə yaşayış yeri — Azərbaycanın Füzuli şəhəri yaxınlığında qədim yaşayış məntəqəsi. Uzuntəpə (dağ) — Tovuz rayonunun şimal-qərbində dağ. Hündürlüyü 348 m.
Uzuntəpə (Cəlilabad)
Uzuntəpə (əvvəlki adı: Novoqolovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Novoqolovka kəndi Uzuntəpə kəndi adlandırılmışdır. Çarizmin köçürmə siyasəti nəticəsində 1844-cü ildə Rusiyanın mərkəzi quberniyalarından köçüb gəlmə insanlar burada məskunlaşdıqdan sonra kəndə Novoqolovka adı verilib. 29 aprel 1992-ci ildə kəndin keçmiş Uzuntəpə adı bərpa edilmişdir. Kənd ərazidəki eyniadlı yüksəkliyin adını daşıyır. Kənd Lənkəran ovalığında yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6646 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Uzuntəpə bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Uzuntəpə yaşayış yeri
Uzuntəpə — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Füzuli şəhərinin mərkəzindən 9 km şimal-şərqdə, Köndələnçayın sağ sahilində yerləşir. Uzuntəpə оrоnimdəki uzun termini оbyektin relyef fоrmasını və quruluşunu mənalandırır. Оnоqrafik оbyektlərin relyef fоrmasının uzunsоv оlması ilə əlaqədər belə оrоnimlər çоxdur. Uzuntəpə yaşayış yeri Мeynətəpədən bir qədər aralıda yerləşir. Abidə uzunluğu 200, eni 60 m-ə yaxın uzunsov təpə şəklindədir. Hündürlüyü 1 m olan yaşayış yeri hər tərəfdən əkin sahələri ilə əhatələnmişdir. 1968-ci ildə aparılan kəşfiyyat qazıntıları zamanı mədəni təbəqənin 1m qalınlığında olduğu müəyyən edilmişdir. Мədəni təbəqə kül qatları, tikinti qalıqları, gil qab parçaları və digər maddi-mədəniyyət qalıqlarını özündə cəmləşdirmişdir. Aparılan arxeoloji tədqiqatlar zamanı buradan e.ə.
Uzuntəpə-i Süfla (Pərsabad)
Uzuntəpə-i Süfla (fars. اوزن تپه سفلي‎) və ya Aşağı Uzuntəpə — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 643 nəfər yaşayır (145 ailə).
Uzuntəpə-i Ülya (Pərsabad)
Uzuntəpə-i Ülya (fars. اوزن تپه عليا‎) və ya Yuxarı Uzuntəpə — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 241 nəfər yaşayır (49 ailə).