Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəthullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Vəcihulla mirzə Qovanlı-Qacar
Vəcihulla mirzə Sultan Əhməd mirzə oğlu Qovanlı-Qacar (1854, Tehran – 1905, Tehran) — Qacar şahzadəsi, İranın hərbi naziri. Sultan Əhməd mirzənin ikinci oğlu Vəcihulla mirzə Tehran şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Sepahsalar ləqəbi daşıyırdı. Vəcihulla mirzə öz ictimai fəaliyyətinə orduya daxil olmaqla başlayıb. 1873-cü ildə Hüseyn xan Sepahsalari-Əzəmin himayəsinə keçib. 1874-cü ildə Tehranın hərbi dəstəsinin başçılığını və məvacibinin verilməsini öhdəsinə almışdı. O zamanlarda Nasirəddin şahın özəl işlərinə baş çəkirdi. 1890-cı ildə Loristan və Burucird əyalətlərinə vali təyin olunmuşdu. Öz tərəfindən oğlunu oraya göndərmişdi.