Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaxiba
Ramlat-əl-Vahiba (ərəb. رمال آل وهيبة‎) — Yaxın Şərqdə, Oman ərazisində yerləşən qumlu səhra. Bölgə Vaxiba tayfasının adından götürüımüşdür. Səhra şimaldan cənuba 180 km, şərqdən qərbə isə 80 km uzunluğa malikdir. Səhranın sahəsi 12 500 km² təşkil edir. 1986-cı ildə səhra Kral Coğrafiya Cəniyyətini cəlb edir. Buranın rəngarəng relyefi, zəngin flora və faunası vardır. Burada 16000 onurğasızlar, 200 növ digər heyvan növü. Üstəlik 150 növ bitki aşkarlanmışdır. == Geologiya == Səhra dördüncü dövr buzlaşması sonrası cənub-qərb mussonları və şimal passatlarının təsiri ilə formalaşmışdır.
Vacib
Vacib əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə günah yazılan əməldir. == Növləri == Vacib əməlin növləri aşağıdakılardan ibarətdir: === Nəfsi və qeyri-vaciblər === Nəfsi vacib ayrı bir əmələ çatmaq üçün deyil, məhz özlüyündə vacib sayılan əmələ deyilir ki, buna misal olaraq namaz və orucu qeyd etmək olar. Qeyri-vacib isə ayrı bir vacib əmələ çatmaq üçün vacib sayılan əmələ deyilir ki, buna misal olaraq, dəstəmaz, cənabət qüslü, paltarı paketmək və s. bu kimi işləri qeyd etmək olar. Bu növ vacib əməllərə «müqqəddəmi» vacib də deyilir. === Təəbbüdi və təvəssüli vaciblər === Təəbüdi vacib elə bir əmələ deyilir ki, yalnız qürbət və ibadət niyyəti ilə əncam verilməli, əks təqdirdə isə batil hesab olunacaqdır. Məsələn, həcc və namaz və s. Təvəssüli vacib isə qürbət niyyəti olmasa belə, əməlin özünün əncam verilməsi kifayətedici sayılan vacib işə deyilir. Buna misal olaraq namaz qılmaq üçün murdar şeyi yumaq və ya bədəni pak etmək kimi əməlləri qeyd etmək olar. === Eyni və kifayi vaciblər === Eyni vacib hər bir mükəlləfin xüsusi tərzdə tələb edilən vacib əmələ deyilir.
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Vacibi namaz
Vacibi namaz — qılınması vacib olan namaz. Sübh namazı Zöhr namazı Əsr namazı Şam namazı İşa namazı Ayət namazı Həcc ilə ümrə zamanı qılınan təvaf namazı Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlarCümə namazı sünni məzhəbində vacib, şiə məzhəbində isə zamanə imamının hazır olduğu zaman vacib, qeybdə olduğu müddətdə təxyiri-vacibdir. Fitr və qurban bayramlarının namazı şiə məzhəbində zamanə imamının hazır olduğu zaman vacibdir və camaat namazı kimi qılınmalıdır, qeybdə olduğu müddətdə isə müstəhəbdir və camaat namazı, yaxud furada (fərdi şəkildə) qılmaq olar.
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.
Vacib Məmmədov
Vacib Zabit oğlu Məmmədov (27 fevral 2001; Şəmkir rayonu, Azərbaycan — 30 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vacib Məmmədov 2001-ci il fevralın 27-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vacib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vacib Məmmədov sentyabrın 30-da Talış döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vacib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ən Vacib Müsahibə (1971)
"Ən vacib müsahibə" — rejissor Eldar Quliyevin filmi. == Məzmun == Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O, belə bir suala cavab tapmalıdır: "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?" Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. == Film haqqında == Film quruluşçu rəssam Fikrət Əhədovun kinoda ilk işidir. Filmdən iki hissə operator Şərif Şərifovun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Operator: Şərif Şərifov Geyim rəssamı: Fikrət Əhədov Qrim rəssamı: S.Pozdeyeva Montaj edən: Tahirə Babayeva Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Adil İsmayılov, Vaqif Əsədullayev, Ceyhun Mirzəyev, Azər Zamanlı Montaj üzrə assistent: Rəfiqə İbrahimova Operator assistenti: Ələsgər Ələkbərov, S.Kaşiyev Rəssam assistenti: T.Məlikzadə, A.Stepanova Filmin direktoru: Rimma Abdullayeva Mahnı ifa edən: Polad Bülbüloğlu (titrlərdə yoxdur) === Rollarda === Hacımurad Yegizarov — Zaur Ariadna Şengelaya — Səidə Səyavuş Şəfiyev — Altay Müxlis Cənizadə — Ənvər müəllim Tofiq Mirzəyev — əcnəbi müğənni Rza Təhmasib — Cəbrayıl Konstantin Adamov — Abdulla Kərimoviç Fuad Poladov — bacıoğlu Nazim Ağayev — Saleh Kamal Xudaverdiyev — Həsənov Əbdül Mahmudov — Fikrət Məmmədrza Şeyxzamanov — Zaurun atası Firəngiz Şərifova — Zaurun anası S.Əfəndiyeva Dina Tumarkina M.Ələkbərov Ramiz Məlikov — müxbir Mirzəbala Məlikov — Cəfər Zemfira İsmayılova — neftçi Tatyana Qross Yevgeniya Nevmerjitskaya Bahadur Əliyev — Bahadur === Filmi səsləndirənlər === Həsənağa Turabov — Zaur (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Amaliya Pənahova — zoopark müdiri (titrlərdə yoxdur) Həsən Əbluc — Saleh (Nazim Ağayev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Altay (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Səidə (Ariadna Şengelaya) (titrlərdə yoxdur) Hamlet Xanızadə — tərcüməçi (titrlərdə yoxdur) Səməndər Rzayev — Abdulla Kərimoviç (Konstantin Adamov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cəbrayıl (Rza Təhmasib) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Ən vacib müsahibə (film, 1971)

Acıbac
Acıbac (erm. Աջաբաջ, qədim adıyla: Acaran, Acarac) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən Nor Astğaberd kənd icmasına daxil olan kiçik dağ kəndi. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangölçayın sahilində, dəniz səviyyəsindən 1929 m yüksəklikdə, Zəngəzur dağlarının ətəyində, Qazangöldən 12 km məsafədə yerləşir. == Tarixi == Acıbac kəndi tarixən türk kəndi olub, Sofulu tayfasının qışlaqlarından biri kimi XVI yüzillikdə salınmışdır. 1918-ci ildə Andranik Ozanyanın ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII yüzilliyə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb, dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış, təsərrüfatı bərpa etmişdir. 1931-ci ildə Acıbac kəndində kolxoz qurulmuş, lakin kolxoz bir neçə dəfə qonşu Pəyhan kolxozuna birləşdirilmiş və nəhayət, 1965-ci ildə Gığı sovxozunun tərkibinə qatılmışdır.Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmış, 1988-ci ilə kimi isə 8 illik məktəb şəklində fəaliyyət göstərmişdir. 1937–39-cu illərdə kənddən ona yaxın adam heç bir günahı olmadan repressiyaya məruz qalmışdır. Acıbac kəndindən 38 nəfər İkinci dünya müharibəsində iştirak etmiş, onlardan 17 nəfəri geriyə qayıtmamışdır.