Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akariform gənələr
Akarifon gənələr (lat. Acariformes) — Hörümçəkkimilər sinfinə aid dəstə. == Haqqında == Gənəkimilər arasında bu dəstə ən böyüyü olub, 30000-dən artıq növü birləşdirir, özü də bu rəqəm gerçəklikdən çox uzaqdır. Akariform gənələrin növmüxtəlifliyi çox zəngindir. Bu dəstənin gənələri qalan bütün araxnidlərlə müqayisədə yumurtadan daha erkən inkişaf mərhələsində, qısa qarınlı altıayaqlı sürfə şəklində çıxırlar. Sürfə nimfaya çevrilir, o da üç dəfə qabığını dəyişərək yaşlı gənəyə çevrilir. Nimfal dövr ərzində qarıncığın seqmentləri və dördüncü cüt ətraflar əmələ gəlir. Akariform gənələrin xırda bir ibtidai qrupu vardır ki, onlarda həyat forması sürfədən yaşlı fərdə kimi dəyişmir. İbtidai formalar bütün ömürlərini nəm torpaqda çürümüş bitki qalıqları arasında keçirirlər və başqa gənələrə xas olan keçid fazaları onlarda olmur. Onlar həddən artıq nəmişlik sevəndirlər.