Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vermaxt
Vermaxt (alm. Wehrmacht‎, Wehr - silah, müdafiə, Macht - güc, qüvvə; tərc. Müdafiə qüvvələri) — 1935–1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad. Versal sülh müqaviləsinin şərtlərinə zidd olan Almaniya silahlı qüvvələrinin yaradılması haqqında (alm. Gesetz über den Aufbau der Wehrmacht‎) 1935-ci il 16 mart tarixli qanuna əsasən yaradılmışdır. Vermaxt üç tərkib hissəyə bölünürdü - Quru Qoşunları (das Heer), Hərbi Dəniz Donanması (die Kriegsmarine) və Hərbi Hava Qüvvələri (die Luftwaffe). Bu qoşun növləri üzərində idarəetməni həyata keçirmək üçün müvafiq baş komandanlıqlar yaradılmışdı: Silahlı Qüvvələrin Baş komandanlığı (alm. Oberkommando der Wehrmacht, OKW); Quru Qoşunlarının Baş komandanlığı (alm. Oberkommando des Нееrеs, OKH); Hərbi Dəniz Donanmasının Baş komandanlığı (alm. Oberkommando der Marine, OKM); Hərbi Hava Qüvvələrinin Baş komandanlığı (alm.
Heer (Vermaxt)
Nasist Almaniyası Quru Qoşunları (alm. Heer‎; azərb. Ordu‎) ― Almaniya Silahlı Qüvvələrinin (Vermaxt) yenidən yaradılması qanunu ilə 1935-ci ilin may ayında qurulan Nasist Almaniyasının quru qoşunları və əsas qüvvəsidir. Əvvəlcə 21 diviziyadan ibarət olmasına baxmayaraq, 1935–1945-ci illər arasında yüzlərlə diviziya böyüklüyünə çatdı. İkinci Dünya müharibəsi dövründə ümumi olaraq təxminən 13 milyon əsgər xidmət edirdi. İkinci dünya müharibəsinin sonunda 1945-ci ilin mayında müttəfiqlərə təslim oldu və 1946-cı ildə rəsmi olaraq ləğv edildi. Adolf Hitlerin silahlanma proqramını açıq elan etməsindən yalnız 17 ay sonra Heer böyüklüyünü qarşısına məqsəd qoyduğu 36 diviziyaya çatdırdı. 1937-ci ilin payızında daha iki korpus yaradıldı. 1938-ci ilin martında Anşlusdan sonra Avstriya ordusunun beş bölməsinin də daxil olması ilə daha dörd korpus yaradıldı. Adolf Hitlerin böyümə dövründə Alman Ordusu Birinci Dünya müharibəsi illərində olduğu kimi Quru (Heer) və Hava (Lüftvaffe) silahlı qüvvələri ilə birləşərək Vermaxt adlandırıldı.
Vermaxt Ali Komandanlığı
Silahlı Qüvvələrin Baş Komandanlığı (alm. Oberkommando der Wehrmacht‎ Qısaca: alm. OKW‎) Vermaxtın 1938–1945-ci illər arasında baş komandanlığıdır. Adolf Hitler, Müdafiə Naziri Werner von Blombergi vəzifəsindən azad etdikdən sonra, 4 fevral 1938-ci ildə Üç Orduya şəxsən rəhbərlik edəcəyini bəyan etdi. Bunun üçün Hitler, Müdafiə Naziri təyin etmədən mövcud olan Wehrmachtamtın adını Oberkommando der Wehrmacht (OKW) olaraq dəyişdirdi və Vilhelm Keyteli onun rəhbəri təyin etdi. Faşistlərin sovet əsirlərinə qarşı törətmiş olduğu cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando der Wehrmachtın əmri ilə baş vermişdir.
Quru Qoşunlarının Ali Komandanlığı (Vermaxt)
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.
Vermaxtın Polşaya hücumu (1939)
Vermaxtın Polşa kampaniyası və ya Polşanın işğalı (polyak tarixşünaslığında "Sentyabr kampaniyası" kimi də tanınır) — 1939-cü ilin sentyabr-oktyabr aylarında polyak və alman qoşunları arasında baş vermiş və ikinci dünya müharibəsinin başlanmasına səbəb olmuş hərbi əməliyyatlar. Nasist Almaniyası və Slovakiya silahlı qüvvələrinin hücumu Polşa silahlı qüvvələrinin məğlubiyyəti ilə nəticələndi və Qərbi Polşanın ərazisi işğal olundu. Nasist Almaniyasının Polşaya hücum əməliyyatı 1939-cu ilin aprel-iyun aylarında hazırlanmış “Vays” planına (“Ağ plan”) əsaslanırdı. Plan müharibə elan etmədən, Almaniyanın Fransa və Benilüks ölkələri ilə sərhədlərində yerləşdirilmiş qoşunların zəiflədilməsi hesabına maksimum qüvvə ilə sürətli hücum əməliyyatlarının başladılmasını nəzərdə tuturdu. Alman qoşunlarının Polşa ərazisinə qəfil girməsi Polşa ordusunun mütəşəkkil səfərbərliyini və vahid cəbhədə birləşməsini əngəlləməli idi. Alman qoşunları Polşaya üç istiqamətdə hücum etməli idi: 1) Əsas zərbə Almaniyanın Polşa ilə olan qərb sərhəddindən vurulmalı idi; 2) Şimaldan zərbə Qərbi Prussiya ərazisindən vurulmalı idi; 3) Alman və slovak müttəfiq qoşunları isə, Slovakiya ərazisindən zərbə vurulmalı idi. Hücumun hər üç istiqaməti Vislanın qərbində Polşa ordusunun mühasirəyə alınmasına və Varşavada məhv edilməsinə yönəlmişdi. 1 sentyabr 1939-cu ildə, səhər saat 4:30-da, Almaniya Hərbi Hava Qüvvələri (“Lüftvaffe”) Polşanın hava limanlarına kütləvi zərbələr endirdilər, saat 4:45-də “Şlezviq-Holşteyn” zirehli gəmisinin Polşanın Dansiq şəhəri yaxınlığındakı Vesterplatte hərbi-dəniz bazasına atəş açması ilə Vesterplattenin yeddi günlük müdafiəsi (1-7 sentyabr 1939) başlandı. Sentyabrın 3-də Almaniyanın Polşaya hücumuna cavab olaraq, Böyük Britaniya və Fransa, Polşa ilə qarşılıqlı yardım haqqında razılaşmaya əsasən, Almaniyaya müharibə elan etdilər ki, bununla da 6 il davam edən İkinci Dünya müharibəsinin başlandı Müharibənin başlandığı tarix 1 sentyabr 1939 — Polşanın işğalı günü hesab olunur. 17 sentyabrda Polşa hökuməti Rumıniyaya qaçdı.
Vermont
Vermont — ABŞ ştatı. Mərkəzi Monpelye şəhəridir. 1777-ci ildə Britaniyadan müstəqillik əldə etmiş və Vermont Respublikası qurulmuşdur. 1791-ci ildə isə 14-cü ştat olaraq ABŞa birləşmişdir.
Vermont Respublikası
Vermont Respublikası (ing. Vermont Republic) — Tarixşünasların 1777–1791-ci illərdə mövcud olan Vermont hökumətinə verdiyi ad. Şimali Amerika tarixində ilk dəfə rəsmi yazılı konstutsiya məhz 1777-ci ilin 8 iyulunda Vermontda qəbul edilir. Konstutsiyaya görə ilk dəfə dünyada kişilərə seçki hüququnun verilməsi, quldarlığın qadağan edilməsi, və dövlət məktəblərinin dövlət hesabına təmin edilməsini nəzərdə tuturdu. Respublika ərazisində quldarlıq 1777–1791 ci illərdə qadağan edilsədə, ştata çevruldikdən sonra yenidən tətbiq edilir və yalnız 1858-ci ildə qadağa tətbiq olunur. Öz valutasını buraxması, dövlət atributları olması və idarə etmə orqanlarının fəaliyyətinə baxmayaraq, onun müstəqil dövlət olması ilə bağlı bir sənəd yoxdur. 2003-cü ildə Vermont ştatı ərazisinə İkinci Vermont Respublikası hərəkatı başlamışdır. Hədəf isə Vermontun yenidən müstəqil olmasıdır. Dövlət rəhbəri Texas Respublikası və Kaliforniya Respublikası kimi ölkələrdən fərqli olaraq Vermontda Prezident deyil Qubernator adlanırdı. Qubernatorlardan Tomas Cittender 1778–1789 və 1790–1791 illərdə, Mozes Robinson isə 1789–1790 ci illərdə ölkəni idarə etmişdir.
Vermont Universiteti
Vermont Universiteti (ing. The University of Vermont and State Agricultural College) — Berlinqton şəhərində yerləşən ictimai araşdırma universitetidir. Vermont ştatındakı ən böyük və ən qədim universitetdir. 1791-ci ildə özəl bir təhsil müəssisəsi kimi təsis edilmişdir. Hal-hazırda, universitet — 2008-ci ildə 1185 nəfərin çalışdığı, Birləşmiş Ştatların hər yerindən və digər 30 ölkədən 10504 tələbənin təhsil aldığı 1.83 km² ərazidə yerləşən bir neçə kollecdən ibarətdir.. İldə təxminən 1600 məzun buraxır, bunlardan 400-ə yaxını tibb ixtisaslıdır. Universitetdə müxtəlif idman növləri üzrə təxminən 20 idman komandası var. Əsas rənglər sarı və yaşıl, ləqəbi vəhşi pişiklərdir. Vermont Universiteti 1791-ci ildə özəl bir təhsil müəssisəsi kimi təsis edilmişdir. 1865-ci ildə universitet Vermont Kənd Təsərrüfatı Kolleci ilə birləşdi.