Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vestibulyar aparat
Vestibulyar aparat (lat. vestibulum) — insanlarda və heyvanlarda başın və bədənin vəziyyətinin dəyişməsinə əsasən müvazinəti bərpa edən orqan, daxili qulağın labirintində yerləşir. == Müvazinət üzvi olan vestibulyar aparatı == Daxili qulağın labirintində ilbizdən başqa iki balaca torbacıq- girdə və oval torbacıq, habelə bir-birinə perpendikulyar müstəvidə yerləşmiş üç yarımdairəvi kanal vardır. Torbacıqlar yarımdairəvi kanallar ilə birlikdə müvazinət üzvi olan vestibulyar aparatı əmələ gətirir. Bu aparatın torbacıqları divarında çoxlu miqdarda reseptor hüceyrələr yerləşir ki, bunların da hər birinin ucunda həssas tükcük olur. Həmçinin, burada çox xırda əhəngli törəmələr (otolitlər) də vardır.Bədənimiz adi vəziyyətdə olduqda həmin xırda əhəngli törəmələr təzyiq edərək altdakı hüceyrələrin tükcüklərini qıcıqlandırır. Lakin bədənimizin vəziyyəti dəyişdikdə başqa hüceyrələr qıcıqlanmağa başlayır və bunlardan gələn oyanma beyin yarımkürələri qabığının müvafiq nahiyyələrinə ötürülür. Yarımdairəvi kanalların enli ağzında yerləşən həssas hüceyrələrin reseptorları həmin kanalların içərisindəki mayenin təzyiqindən qıcıqlanır. Yarımdairəvi kanallar bir-birinə perpendikulyar yerləşdiyindən bədənimizin vəziyyəti dəyişdikdə həmin kanallardakı maye bu və ya digər reseptorları qıcıqlandırır. Müvafiq hüceyrələrdə əmələ gələn oyanma bədənimizin qeyri-adi vəziyyət alması haqqında xəbərləri beyinin müvafiq nahiyyəsinə aparır.