Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Standart meyillənmə
Standart meyillənmə və ya orta kvadratik meyillənmə — ehtimal nəzəriyyəsində və statistikada təsadüfi dəyişənlərin səpələnməsi üçün istifadə olunan ən geniş yayılmış göstəricidir. Təsadüfi dəyişənin vahidində ölçülür. Qiyməti dəyişənin (parametrin) dispersiyasının (σ2) kökünə bərabərdir. Standart meyillənmədən orta arifmetik qiymətlərin satandart xətalarının hesablanmasında, inam intervallarının təyinində, hipotezlərin statistik yoxlanmasında, təsadüfi dəyişənlər arasında xətti asılılıqların ölçülməsində istifadə olunur. Standart meyillənmə s ilə işarə olunur və belə hesablanır: s = n n − 1 σ 2 = 1 n − 1 ∑ i = 1 n ( X i − X ¯ ) 2 {\displaystyle s={\sqrt {{\frac {n}{n-1}}\sigma ^{2}}}={\sqrt {{\frac {1}{n-1}}\sum _{i=1}^{n}{(X_{i}-{\bar {X}})^{2}}}}} burada, x i {\displaystyle x_{i}} seçmənin i-ci elementidir, X ¯ {\displaystyle {\bar {X}}} - seçmənin ədədi ortası, n- seçmənin həcmidir. X ¯ {\displaystyle {\bar {X}}} - aşağıdakı düsturla hesablanr: X ¯ = 1 n ∑ i = 1 n X i {\displaystyle {\bar {X}}={\frac {1}{n}}\sum _{i=1}^{n}{X_{i}}} Seçmə dedikdə aparılmış ölçmələrin içərisindən statistik analiz üçün qrup şəklində seçilmiş ölçülər nəzərdə tutulur. Seçmə təsadüfi, sistematik və ya qarışıq (random) üsullarla aparıla bilir. Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red.
Veyllənən ruh əməliyyatı
Veyllənən ruh əməliyyatı (ing. Operation Wandering Soul) — Vyetnam müharibəsi zamanı ABŞ qüvvələri tərəfindən həyata keçirilən təbliğat kampaniyası və psixoloji müharibə səyləri. Bu, Vyetkonq qüvvələrində fərarilik hallarını artırmaq və onların mənəviyyatını zəiflətmək cəhdi idi. Əksər mədəniyyətlərdə olduğu kimi, Vyetnam mədəniyyətində də ölülərə ehtiram göstərmək haqqında inanclar və mərasimlər var. Vyetnam mədəniyyəti mərhumun nəşinin düzgün formada dəfn edilməsini tələb edir və güman edilir ki, bu baş verməsə, mərhumun ruhu yer üzündə dolaşmağa davam edir və beləliklə, o, bir ruha bərabər olan "veyllənən ruh"a çevrilir. İnanca görə, onlarla bəzən ölüm ildönümündə və öldüyü yerin yaxınlığında əlaqə saxlamaq mümkündür. Vyetnamlılar bu ölü ruhları bayram günlərində vəfat etdikləri yeri ziyarət edərək ehtiram göstərirlər. ABŞ Vyetnam müharibəsində bundan öz xeyrinə istifadə etmiş və ölmüş dostlarının səs yazısını səsucaldıcılarına verməklə Vyetkonq qüvvələrini aldatmağa çalışmışdır. ABŞ mühəndisləri öldürülən Vyetkonq əsgərlərinin rolunu daşıyan qorxunc və dəyişdirilmiş səsləri lentə yazmaq üçün həftələr sərf etmişdilər. ABŞ komandanlığı həmçinin, etibarlılığı artırmaq məqsədilə səsyazılarını lentə almaq üçün Cənubi Vyetnam əsgərlərindən istifadə etmişdir.