Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vilurentlik
Vilurentlik- Viruslar üçün «virulentlik» termini əvəzinə «infeksionluq» termini işlədilir. Müəyyən növ mikroorqanizmin bütün ştammlarını virulentliyinə görə yüksək, zəif və avirulent ştammlara ayırmaq olar. Bir qayda olaraq yüksək virulentli ştammlar zəif virulentli ştammlara nisbətən daha ağır gedişli xəstəliklər törədirlər. Beləliklə, mikroorqanizmlərin patogenliyi sabit əlamət olsa da, onların virulentliyi nəzərə çarpacaq dərəcədə dəyişilə bilər. == Mikroorqanizmlərin növləri == Xəstəlik törətmə qabiliyyətindən asılı olaraq bütün mikroorqanizmləri saprofit, patogen və şərti-patogen olmaqla üç qrupa bölmək olar. === Patogen mikroorqanizmlər === Patogen mikroorqanizmlər (latınca, pathos - əzab, iztirab, genos – mənşə) isə həssas makroorqanizmə daxil olaraq infeksion xəstəlik törədirlər. Patogen mikroorqanizmlərin müəyyən müddət orqanizmdən kənarda mövcud ola bilmək qabiliyyətinə baxmayaraq, makroorqanizmdə yaşaması onların bioloji növ kimi saxlanılması üçün vacibdir. Qeyd edildiyi kimi, infeksion prosesin baş verməsi üçün ən vacib şərtlərdən biri patogen mikroorqanizmin olmasıdır. Bunlar xəstəlik törədə bilməyən digər mikroorqanizmlərdən patogenliyinə görə fərqlənirlər. Mikroorqanizmin patoloji proses, yaxud xəstəlik törətmə qabiliyyətinə patogenlik deyilir.