Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vodno
Vodno—(mak. Водно) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Vlodko Kaufman
Vlodko (Vladimir) Kaufman (2 mart 1957, Qaraqanda) – almanəsilli ukraynalı sənətçi, rəssam, qrafik sənətçi, ifaçı. O, bir çox incəsənət layihələrinin müəllifi, eləcə də, fərdi və qrup sərgilərinin iştirakçısıdır. == Yaradıcılığı == Lvov Politexnik İnstitutunun memarlıq fakültəsində və İvan Truş adına Dekorativ və Tətbiqi Sənətlər Kollecində təhsil almışdır. 1989–1993-cü illərdə "Szlach" adlı sənət təşkilatının üzvü olmuşdur.2005–2006-cı illərdə onun "Nostalgiyanın yox edilməsi" adlı rəsm əsəri "Dzyza"da ("Under the Hourglass" kafesi) quraşdırılmışdır. 2007-ci ildə Müasir İncəsənət İnstitutunun həmtəsisçisi olmuşdur. 2008-ci ildə "Art-Depot" (Lvov) layihəsi çərçivəsində "Ev gəzintisi" və "Müqəddəs Poltva" performanslarını, "QoqolFest" festivalı (Kiyev) çərçivəsində "Boşluq bəyannaməsi" performansını, III Bruno Şults Beynəlxalq Festivalı çərçivəsində Drohobitsk Şəhər Zalının saat qülləsində "Saatda performans" işini və Aktual İncəsənət Həftəsi (Lvov) çərçivəsində "B. N." performansını ərsəyə gətirmişdir. O, Lesya Kurbas adına Lvov Akademik Teatrı, M.Zankovetska adına Milli Akademik Ukrayna Dram Teatrı, Birinci Ukrayna Uşaq və Gənclər Teatrı, İ.Franko adına Milli Akademik Teatr (Kiyev) ilə fəal əməkdaşlıq etmişdir. O, 2008–2009-cu illərdə "Cari incəsənət həftəsi" layihəsinin (Lvov), 2009-cu ildə isə Birinci Beynəlxalq İncəsənət Festivalının "Fort. Missia" (Lvov vilayətinin Mostiski rayonunun Popoviçi kəndi) proqramının kuratoru olmuşdur. 2009-cu ildə "L2" layihəsi (Lublin) çərçivəsində, eləcə də, Lvovda keçirilmiş Müasir İncəsənət Həftəsi çərçivəsində "Şaçivnitsiya" adlı performansını təqdim emişdir.
Tarin Voods
Tarin Voods (d. 12 avqust 1975) — Avstraliyanı təmsil edən su poloçusu. Tarin Voods, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Tarin Voods, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.