Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vunderkind
Vunderkind - alman sözü olub vunder - möcüzə, kind - uşaq deməkdir. Bu söz 1960-70-ci illərdən leksikonumuza daxil olub. Belə uşaqlar yüksək hafizə, intellekt və istedada malik olanlardır. Bu cür uşaqlar kiçik yaşlarından öz zəkaları ilə hər kəsi heyrətləndirir, həmyaşıdlarından seçilir, təhsildə yüksək nailiyyət əldə edirlər. Lakin bəzi valideynlər uşağının qeyri-adi istedadına arxalanıb onu sərbəst buraxır: "O, ağıllı uşaqdır, necə oxuyub, necə davranacağını özü yaxşı bilir" deyib uşaqlarla böyük kimi rəftar edirlər.-O,artıq 3 yaşında kitab oxumağı,rəsm çəkməyi,yazmağı və saymağı bacarır. -Məktəblilər üçün icad olunmuş psixoloji oyunlar oynayır. -Məişət texnikası ilə maraqlanır. -Mobil telefonda oyun oynayıb, kompüterdə fayllar açır. -Valideynlərindən onu rəqsə, rəssamlığa və digər dərnəklərə yazdırmağı tələb edir. Uşaq nə qədər kiçikdirsə, onun istedadını müəyyənləşdirmək bir o qədər çətindir.